07.09.2015 [15:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Etirazçılar təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb
Güney Azərbaycanda Urmu gölü böhranı və bununla bağlı baş qaldıran etirazlar səngimək bilmir.
Urmiyədən əldə edilən xəbərlərə görə, sosial şəbəkələrdə yayılan çağırışlardan sonra bir qrup soydaşımız Urmu gölü böhranı ilə bağlı bir araya gəlib və etiraz aksiyası keçirməyə çalışıb. Onlar Urmu gölü böhranı və məsulların bu böhrana olan laqeyd münasibətini məhkum etmək məqsədi ilə etiraz aksiyasına qərar veriblər.
Məlumata görə, aksiyaçılar təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və yığıncaq dağıdılıb. Şahidlərdən biri isə aksiyaçılardan bir neçəsinin tutulduğu və 18-ci polis bölməsinə aparıldığını bildirib.
Qeyd edək ki, son zamanlar Urmu gölü ilə bağlı əhali arasında etirazların yüksəldiyi hiss olunur. Buna səbəb ölkə rəhbərliyi və yerli məsulların gölün nicatı ilə bağlı verdikləri vədlərin yerinə yetirilməməsidir. İran prezidenti Həsən Ruhani seçkilər öncəsi təbliğat-təşviqat dönəmində gölün qurtarılması ilə bağlı verdiyi vəd artıq unudulmuş sayılır və bütün bunlar azərbaycanlıların yeni hökumətə olan etimadını aradan aparıb. Göl isə gündən-günə quruyur. Artıq Urmu gölünün 95 faizinin quruduğunu bir çox mənbə təsdiq edir.

Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |