Şrift:
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib.
08.09.2015 [04:35] - Xəbərlər, Bildiriş
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində baş vermiş xain terror aktı nəticəsində türk hərbçilərin şəhid olması və yaralanması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Vecdi Gönülə və Türkiyə Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.

Məktublarda bildirilir: “Qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed