Şrift:
Ruhaninin müavini: Ölkədə ali təhsil almış qadınların 40 faizindən çoxu işsizdir
08.09.2015 [13:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdi sentyabrın 6-da jurnalistlərə açıqlamasında ölkə qadınlarının işsizliyindən danışıb.
Şəhindoxt Mövlaverdiyi qadınlara kişilərlə bərabər iş fürsətlərinin yaradılmamasından, onlar arasında yoxsulluğun baş alıb getməsindən gileylənib: “Hazırda ölkədə ali təhsil almış qadınların 40 faizindən çoxu işsizdir. Bu isə ailə başçısı olan qadınların ziyan görməsindən başqa həm də bu böyük insani potensialdan məhrum edilən ölkə iqtisadiyyatına da ziyan edir.

Hesab edirəm ki, hökumət qadınların inkişafına mane olan bir sıra qayda və məhdudiyyətləri aradan qaldırıb onların qabiliyyətinə inanmaqla ölkə qadınlarının iqtisadi sahələrdə fəaliyyət imkanlarını gücləndirə bilər”.

Qeyd edək ki, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid də bundan əvvəl yaydığı bir hesabatda İran İslam Respublikasında qadınlara qarşı ayrı-seçkilikdən gileylənib: “İranda iş qüvvəsinin yalnız 16 faizini qadınlar təşkil edir. Təəssüflər olsun ki, İran qadınlarının iqtisadi sahələrdə fəal iştirakı üçün mövcud vəziyyətin yaxşılığa doğru dəyişməsindən heç bir əsər-əlamət yoxdur”.
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed