08.09.2015 [13:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda əhali işsizlik problemindən cana gəldiyi bir halda, bütün sahələrdə bahalıqla bağlı xəbərlər yayılır.
Son günlərdə Güney Azərbaycanın Sulduz şəhərində bir çox taksi sürücüsü qanunsuz olaraq gediş haqqını 50 faizə qədər artırıb. Bəzi taksilərdə isə xırda pulun olmaması bəhanəsi ilə sürücülər 350 tümən yerinə 400, hətta 500 tümən alır. Bu o halda baş verir ki, keçən aylarda (hicri-şəmsi təqvimi ilə tir ayında) gediş haqları qanuni şəkildə 100 tümən artırılıb. Taksi sürücüləri isə bu artımı yetərsiz hesab edir.
Sürücülərdən biri qeyd edib ki, “bu artım yetərsizdir və düzgün qərar deyil. Sulduzun Taksi İdarəsi iki il müddətinə gediş haqqını 500 tümən elan etməli idi. Bu qərar həm mövcud inflyasiyaya uyğun olardı, həm də sürücüləri xırda pul mübahisəsindən rahat edərdi.”

Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |