10.09.2015 [00:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano sentyabrın 7-də jurnalistlərə açıqlamasında İranın nüvə proqramı ilə bağlı hələ də həllini tapmamış məsələlərdən danışıb.
Amano deyib ki, İranın atom silahı istehsal etmək niyyətində olub-olmadığını müəyyənləşdirmək üçün bu ilin sonuna qədər çox iş görmək lazımdır: “İranın nüvə proqramının araşdırılması hələ çox iş aparacaq. İran avqustun 15-də bu günə qədər öz həllini tapmamış keçmişdəki bəzi məsələlər barədə bir süra sənədləri agentliyin ixtiyarına qoyub və məsələ barədə izahat verib. Agentlik, İranın təqdim etdiyi həmin məlumatları artıq araşdırıb və mövzu ilə bağlı ortaya çıxmış yeni sualları sentyabrın 15-də Tehrana göndərəcək”.
Qeyd edək ki, İranla 5+1 qrupu arasında əldə edilmiş razılaşmaya görə, əgər Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının sülh xarakteri daşıdığını təsdiqləməsə, İrana qoyulmuş beynəlxalq sanksiyalar ləğv edilməyəcək.

Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |