09.09.2015 [13:24] - Gündəm, İqtisadiyyat
Bu gün bütün dünyada mürəkkəb iqtisadi proseslər gedir. Neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, hətta iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş və iqtisadiyyatı neftlə bağlı olmayan ölkələrdə belə milli valyutaların ABŞ dollarına nisbətən devalvasiyası baş verir. Təbii ki, dünya iqtisadi məkanının bir parçası olan Azərbaycan iqtisadiyyatı da bu proseslərin təsirindən kənarda qala bilmir. Bu ilin fevral ayında manatın kəskin devalvasiyası, son bir ildə ilk dəfə Mərkəzi Bankın valyuta ehtiyatlarını yarıbayarı azalması, bəzi şirkətlərin məhsulların qiymətlərini qaldırması və sairə kimi hallar fonunda “Hadisələr bundan sonra necə inkişaf edəcək?” sualı xüsusi aktuallıq kəsb etməyə başlayır. Bəzi ekspertlər ölkə iqtisadiyyatında tənəzzül dövrünün başlayacağını, ərzaq qıtlığının yaranacağını deyir və bu da ölkə əhalisi arasında təşvişin yaranmasına səbəb olur. “Qorxulu” proqnozlarla çıxış edən iqtisadçıların ikinci devalvasiyanın gözlənildiyinə dair bəyanatları isə bu təşvişi bir qədər də artırır.
AzNews.az-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, keçmiş maliyyə naziri, professor Fikrət Yusifovla bu məsələlər ətrafında söhbət edib.
- Rəhbərlik etdiyiniz təşkilat on aydan artıqdır ki, fəaliyyət göstərir və bu müddət ərzində ölkə mətbuatında müxtəlif mövzuları əhatə edən təhlillərlə çıxış etmisiniz. Təşkilatınızın on ay ərzindəki fəaliyyətini necə dəyərləndirirsiniz?
- Yəqin siz də xatırlayırsınız ki, təşkilatımızın təqdimatının birinci günü ilk müsahibəni də elə sizin saytınıza vermişdim. Ötən müddət ərzindəki fəaliyyətimizi bir neçə kəlmə ilə belə ifadə edə bilərəm. Bizim ölkə istisadiyyatının müxtəlif tərəflərinə işıq salan təhlillərimiz və araşdırma xarakterli materiallarımızın mətbuatda görünməsi və bunun getdikcə sistemli şəkil alması bu sahəyə aid olan bəzi şəxslərin ürəyincə olmadı. Heç kəs mənim dediklərimdən özünə sərf edən nəticəni çıxarmasın. Mən Azərbaycan mətbuatında iqtisadi mövzuda dərc edilən yazıları illərlə izləmişəm. Bəzən elə yazılara, elə təhlillərə, elə açıqlamalara rast gəlirdim ki, onları oxuyandan sonra bir mütəxəssiz kimi dərin təəssüf hissi keçirirdim. Görürdüm ki, orta statistik iqtisadi biliyi olmayan insanları aldadır, onlara doğru olmayan məlumatlar verirlər. Azərbaycan oxucusuna təhriflərlə dolu yazıların ötürülməsi məni çox sıxırdı. Üstəlik, onu da müşahidə edirdim ki, rəqəmləri oynatmaqla dərin iqtisadi biliklərə malik biri kimi görünməyə çalışanlara başqa müstəqil ekspert və ya təşkilatlar tərəfindən cavab verilmir, əks arqumentlər səsləndirilmir. Doğru olmayan məlumatlar yayanlar, iqtisadi vəziyyəti təhrif olunmuş formada izah edənlər arasında “həmrəylik mühitinin” mövcud olduğunu da görməmək mümkün deyildi. Sanki aralarında “bir-birimizn ayağını tapdamamalıyıq” prinsipi möhkəmlənmişdi. Belə bir mühitdə isə kim nə istəyir danışır və yazırdı.
- Yəni demək istəyirsiniz ki, sizin təşkilatın fəaliyyətə başlaması ilə bu mühitdə dəyişiklik baş verdi?..
- Düşünürəm ki, siz də bir jurnalist kimi bunu müşahidə edirsiniz. Təşkilatımızın başlıca məqsədi ölkəmizdə gedən iqtisadi proseslər barədə vətəndaşlarımıza doğru xəbərlər çatdırmaq, real vəziyyəti göstərməkdir. Yeri gəlmişkən, təşkilatımızın şüarı da belədir: “Hər şeyi olduğu kimi göstərək”. Dediyim kimi, bizim fəaliyyətimiz bəzilərinin xoşuna gəlmədi və bu, indi də belədir. Hətta bəzən etikadan kənar reaksiyalara da rast gəlirik. Elələri tapılır ki, yazdıqlarımıza, cəmiyyətə ünvanlanan çağırışlarımıza normal tərzdə, sivil formada və əks arqumentlərlə cavab vermək əvəzinə, bizi təhqir edir, mənəviyyatdan uzaq davranış nümunələri sərgiləyirlər. Belələri başa düşməlidirlər ki, təhqir etmək acizlik əlamətidir və üstəlik buna görə qanun qarşısında cavab verməyə borcludurlar. Mən onların bu cür reaksiyalarını başa düşürəm. İndiyə qədər öz yazılarında “tam sərbəst” olublar və onlara “gözün üstündə qaşın var” deyən olmayıb. İndi isə əvvəlki qaydada işləyə və istədikləri yalanı cəmiyyətə asanlıqla ötürə bilmirlər. Situasiya dəyişib. Biz onlara imkan verməyəcəyik ki, insanları aldatsınlar. Bilirsiniz, cəmiyyətə yalan məlumatlar ötürənləri fəaliyyətimizin ilk günlərindən dəyirmi masa arxasında normal müzakirəyə dəvət etmişik. Lakin heç birindən konkret bir cavab ala bilməmişik. Biz onlara deyirdik ki, gəlin iddialarınızı, hesablamalarınızı dəyirmi masa arxasında sübut edin. Lakin təəssüf ki, onlar populist çıxışlardan, siyasi maraqlara söykənən bəyanatlardan uzaq dura bilmədilər. Baxın, mətbuatda iqtisadçı-ekspert kimi çıxış edib cəmiyyətə “ölkə istisadiyyatını fəlakət gözləyir” kimi mesajlar ötürənlərin demək olar ki, hamısı siyasi təşkilatlarda təmsil olunurlar. Bu adamların siyasi mənsubiyyəti imkan verməz ki, onlar məsələlərə obyektiv yanaşsınlar. Əks siyasi düşərgənin təmsilçiləri kimi onlar xırda bir çatışmazlığı da fəlakət kimi təqdim edirlər. Biz onların bütün çıxışlarını diqqətlə təhlil edirik və görürük ki, bu çıxışların istisnasız olaraq hamısının arxasında siyasi maraqlar dayanır. Belə olmasaydı, öz təhlillərində mümkün qədər obyektiv və tərəfsiz olardılar. Yeri gəlmişkən, saytınızın rəhbərliyi ilə artıq razılaşdırmışıq ki, bundan sonra birlikdə mütəmadi olaraq iqtisadi mövzularda və maliyyə məsələlərinə dair dəyirmi masalar təşkil edək.
- Son günlər mətbuatda yanacağın qiymətlərinin aşağı salınmasının vacibliyi ilə bağlı çağrışlara rast gəlinir. Sizin bu barədə hansı qənaətləriniz var?
- Dünya bazarlarında neftin qiymətləri artıq keçən ilin iyul ayının əvvəllərindən ucuzlaşmağa başlayıb. Qeyd etdiyim vaxtdan başlayaraq neftin qiyməti bir barrel üçün 110 dollardan həmin ilin sonuna qədər 50 dollar həddinə qədər düşdü. Cari ilin may ayının əvvələrində bir neçə gün istisna olmaqla (onda qiymətlər bir neçə günlüyə 65-66 dollara qalxa bilmişdi) neftin dünya bazarlarındakı qiymətləri 2014-cü ilin iyul ayından bu günə qədər kəskin dəyişməyib. Qiymətlər o vaxtdan 50 dollar civarındadır. İndi sual edirəm: Necə oldu ki, neftin qiymətlərinin iki dəfə aşağı düşməsi səbəbindən yanacağın qiymətlərini aşağı salmaq məsələsi məhz son bir neçə günün içində bu qədər “aktuallaşdı”? Nə üçün bu məsələ bir neçə ay əvvəl belə israrlı şəkildə gündəmə gətirilmirdi? Axı onda da neftin qiymətləri bu səviyyədə idi. Məsələ aydındır və pərdə arxasından hansısa dirijorun çubuğu görünür. Keçən həftə manatın ikinci devalvasiyasının qaçılmaz olduğunu bəyan edənlər anladılar ki, bu, keçərli olmadı və cəmiyyət belə yalan çağırışlara onların arzuladıqları səviyyədə reaksiya vermədi. Odur ki, dirijorun “sehirli çubuğu”nun işarəsi ilə mövzu dərhal dəyişdirildi və gündəmə benzinin qiymətləri gətirildi. Burada başqa səbəb axtarmağa dəyməz. Hesab edirəm ki, hazırda ölkədə yanacağın qiymətlərinin aşağı salınmasına heç bir zərurət yoxdur. Yaxın günlərdə bu mövzuda geniş təhlilimizi mətbuata təqdim edəcəyik.
- Necə düşünürsünüz, neftin qiymətində bundan sonra hansı dəyişikliklər baş verə bilər?
- Mətbuatdakı çıxışlarımda bu mövzuya toxunarkən dediyim fikirləri bir daha təkrar edirəm. Neftin qiymətlərinin aşağı düşməsinin siyasi motivləri onun iqtisadi səbəblərindən daha çoxdur. İllərdir Qərbin İrana münasibəti göz qabağındadır. Ancaq Qərb qəfildən İranla “dil tapa bildi”. Burada bütün oyunlar Rusiya ətrafındadır. Qərbin məqsədi Rusiya iqtisadiyyatını çökdürməkdir. İrana “sevgi” də bu istəkdən qaynaqlanır. Bu gün ABŞ-dan başqa neftin qiymətlərinin yaxın gələcəkdə necə dəyişəcəyini və bu prosesin nə qədər davam edəcəyini heç kəs söyləyə bilməz. Bu oyunu onlar oynayırlar və nə vaxt harada dayanacaqlarını da özləri bilirlər.
- Belə olan halda iqtisadiyyatımızı, ölkənin bank-maliyyə sistemini nələr gözləyir?
- Dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi səbəbindən itkilərimiz var və bu heç kəsə sirr deyil. Ancaq mən məsələyə bir qədər başqa şəkildə yanaşmağı təklif edərdim. Bir anlığa təsəvvür edək ki, ötən illərdə neftin qiymətlərində 150 dollarlıq hədd heç vaxt müşahidə olmayıb, elə bu günkü kimi 50 dollar səviyyəsində olub. Sual olunur: Belə olsaydı biz hansı itkilərdən danışa bilərdik? Odur ki, biz itkilərdən yox, gözlənilən mənfəətin daxil olmamasından danışsaq, daha doğru olar. Aydın məsələdir ki, fors-major vəziyyət gözlənilən mənfəətin daxil olması şansını sıfra endirə bilər. Bax, həmin fors-major vəziyyət yarandı və biz gözlədiyimiz mənfəəti əldə edə bilmədik. Lakin bununla belə, hamı bilməlidir ki, bizim xarici ticarət balansımızda ixracımız idxaldan iki dəfə çoxdur. Rezervlərimiz Mərkəzi Bankın qızıl ehtiyatları ilə birlikdə 55 milyard manatdan artıqdır. Bizi nə qorxuda bilər? Heç nə. Ona görə də yersiz hay-küy yaratmaq lazım deyil. Bizim neftsiz büdcəmiz bütün sosialyönümlü xərcləri 1,5 dəfə qarşılamaq iqtidarındadır.
- Mövzudan kənar olsa da, son olaraq sizdən çoxlarını maraqlandıran bir suala cavab almaq istərdik. Qarşıdan gələn parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?
- Bu barədə tam qərarlı deyiləm və odur ki, sizə konkret heç nə deyə bilmərəm.

Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |