10.09.2015 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 8-də ABŞ Senatında Qərblə İran arasında əldə edilmiş nüvə razılaşmasına dəstək verən senatorların sayı 42 nəfərə çatıb.
ABŞ Senatında Respublikaçılar əksəriyyət təşkil etdiyi bir halda 42 senatorun Vyanadakı razılaşmanı dəstəkləməsi prezident Barak Obama üçün böyük bir qələbə sayılır. Bu isə o deməkdir ki, Obama nüvə razılaşmasına qarşı qəbul edilə bilkəcək hər bir qətnaməyə veto qoymaq məcburiyyətində qalmayacaq.
İranla nüvə razılaşmasına qarşı çıxanların dediyinə görə bu razılaşma nəinki İranın nüvə silahına yiyələnməsinin qarşısını ala bilməyəcək, hətta sanksiyaların götürülməsindən sonra Tehran daha güclənərək gizli yollarla əvvəlki fəaliyyətini daha sürətlə davam etdirəcək.
Qeyd edək ki, İranla 5+1 qrupu arasında uzun müddətdir aparılan nüvə danışıqları iyulun 14-də nəticə verib və tərəflər arasında yekun razılaşma imzalanıb.
Razılaşmaya görə, İran ölkəyə qoyulmuş beynəlxalq sanksiyaların yüngülləşdirilməsi qarşılığında nüvə proqramını məhdudlaşdırmalı, bu sahədəki fəaliyyətini Beynəlxalq Atom Enerjisi Təşkilatının nəzarətində aparmalıdır.

Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |