Şrift:
Xalxal məntəqəsində daha bir faciəli yol qəzası!
10.09.2015 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda caddələrin ensiz və qeyri-standard olması hər il minlərlə ailənin faciəsinə səbəb olur.
Son məlumata görə, Xalxalın Şahrud məntəqəsində bir minik maşını yoldan çıxıb.

Sentyabrın 7-də (şəhrivərin 16-da) Şahrud bölgəsində aşan minik maşın 3 nəfərin ölümünə səbəb olub. Məlumata görə, yoldan çıxan maşın dərəyə yuvarlanıb, nəticədə onun sürücüsü və 2 sərnişini həlak olub. Ölənlərin biri kişi, ikisi isə qadındır.

İran mətbuatının yaydığı məlumata görə, hadisəyə caddənin ensiz olması və dağdan yola tökülən daşlar səbəb olub. Məlumatda bildirilir ki, bu bölgədə oxşar səbəblərə görə hər il faciəli yol qəzaları baş verir!
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed