Şrift:
İran rəsmisi: Ölkənin şimal-qərb məntəqəsindəki vəziyyət sabitdir
10.09.2015 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran ordusu quru qüvvələri komandanının canişini general Kiyumərs Heydəri sentyabrın 9-da jurnalistlərə açıqlamasında ölkənin şimal-qərb bölgəsindəki sərhədyanı zonalarda vəziyyətdən danışıb.
Son günlərdə ölkənin qərbi sərhədlərində PKK terror təşkikatının İran qanadı sayılan “Pjak” yaraqlı qüvvələri ilə baş vermiş silahlı qarşıdurmalara toxunan Kiyumərs Heydəri deyib ki, o vəziyyətin həmin yerlərdə ağır olduğuna inanmır: “Mən bu məntəqədə sabitsizliyin hökm sürdüyü ilə bağlı yayılan məlumatları qəbul etmirəm. Düzdür, “Pjak” kimi bir qruplaşmanın sərhədlərimizdə fəal olduğunu inkar etmirəm. Lakin bunun ölkə sərhədlərinin təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, son günlərdə əsas hərbi bazaları İraq Kürdüstanı ərazisində olan “Pjak” yaraqlıları ilə İranın hökumət qüvvələri arasında qarşıdurmalar yarandığı barədə məlumat yayılır.

Sentyabrın 7-də isə Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində, Türkiyə ilə sərhədməntəqəsində “Pjak” qüvvələri ilə baş verən silahlı qarşıdurmada “Sepah”ın 2 üzvü öldürülüb, 2-si isə ağır bədən xəsarəti alıb.Hadisədə qarşı tərəfdən də bir neçə nəfərin həlak olduğu, 5 nəfərin isə tutulduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed