Şrift:
İki boksçumuz dünya birinciliyinin medalını təmin etdi
10.09.2015 [15:50] - Gündəm, İdman
Rusiyanın Sankt Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar məlum olub.

Azərbaycan Boks Federasiyası məlumat verir ki, mili komandamızın iki üzvü – Orxan Həsənov (54 kq) və Məhəmməd Abdullayev (81 kq) ¼ finalda qaıib gələrək, ən azı bürünc medalı özlərinə təmin ediblər. O.Həsənov Almaniya boksçusu Nik Bieri 2:1 hesabı ilə məğlub edib. Həmyerlimiz yarımfinalda Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndəsi Mark Kastro ilə qarşılaşacaq.

M.Abdullayev isə ¼ finalda ABŞ təmsilçisi Riçard Torres üzərində qələbə qazanıb – 3:0. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Dmitri Fominlə üz-üzə gələcək.

Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov yarımfinala vəsiqə uğrunda görüşdə kubalı Edel Akosta Qarsiya ilə qarşılaşıb. Gərgin mübarizədə cüzi üstünlüklə Kuba boksçusu qələbə qazanıb – 2:1.

Sayad Lalayev də (63 kq) ¼ finalda uduzaraq mükafatçılar sırasına düşmək şansını itirib. Seçməmizin üzvü Qazaxıstan idmançısı Aibol Jambirbaya məğlub olub.

Xatırladaq ki, dünya birinciliyinə sentyabrın 12-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed