11.09.2015 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerikanın elmi-tədqiqat institutu sayılan NASA təşkilatının (Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi) sentyabrın 9-da Urmiya gölünün indiki durumu barədə kosmosdan (fəzadan) çəkdiyi acınacaqlı bir şəkil, bu gölün son nəfəslərini çəkməsindən xəbər verir.
Şəkildən də bəlli olduğu kimi duz böyük qatları ilə əhatə olunan Urmiya gölünün böyük bir hissəsinin, yəni onun 95 faizinin quruduğu və tamamilə quruyacağı təqdirdə onun bölgəyə və göl ətrafında yaşayan insanların həyatına nə qədər təhlükə sayılacağı aydın görünür. Kosmosdan çəkilən yeni şəkil, Güney Azərbaycan təbiətinin incilərindən biri sayılan Urmiya gölünün sürətlə məhvindən xəbər verir. Bu isə öz doğma yurduna bağlı olan hər bir azərbaycanlının ürəyini ağrıdır.
Qeyd edək ki, son illərdə Urmiya gölünə axan çayların qarşısı bilərəkdən alındığına görə bu göl sürətlə qurumağa başlayıb. İran İslam Respublikasında isə azərbaycanlıların gölün yenidən bərpa olunması ilə bağlı tələblərinə nəinki məhəl qoyulmur, hətta onun yenidən canlandırılması tələbi ilə dinc etiraza qalxanlar tutulub həbsə salınırlar.

Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |