Şrift:
Taun İranda qoruq heyvanlarının ciddi bəlasına çevrilib
11.09.2015 [11:48] - Gündəm, Sağlıq
İranın Zəncan əyalətində taun Xarmanesar qoruğunda heyvanların ciddi bəlasına çevrilib. Son bir həftə ərzində qoruqda 53 baş dağ keçisi və qoçu taundan tələf olub.

İran KİV-lərinın məlumatına görə, Ətraf Mühitin Qorunması Təşkilatının Zəncan əyaləti üzrə idarə rəisi Nasir Cəfəri deyib ki, ötən gün 12 baş dağ keçisinin nəşi Xarmanesar qoruğunda tapılıb, bundan öncə isə tauna görə tələf olan 41 baş dağ keçisi və qoçunun nəşi tapılmışdı.

O deyib ki, tanunun qarşısını almaq və bölgədə geniş yayılmasının qarşısını almaq üçün lazimi tədbirlər görülür.

Qeyd edək ki, İranda qoruq heyvanları arasında taun bu ilin iyul ayından geniş formada yayılmağa başlayıb. Belə ki, Ərak əyalətinin Həftadqala qoruğunda həmin dövrdə yüzlərlə dağ keçisi və vəhşi qoyun tələf olmuşdu.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed