11.09.2015 [11:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq Atom Enerjisi Agentliyi sentyabrın 9-da bəyanat yayaraq İranın nüvə proqramının bəzi qaranlıq tərəfləri barədə Tehrana bir sıra sullar verdiyini və ondan həmin sulların cavabını gözlədiyini bildirib.
Bəyanatda bildirlir ki, agentlik sentyabrın 8-də İranın nüvə fəaliyyətinin hələ də öz həllini tapmamış bəzi qaranlıq məqamlarına aydınlıq gətirilməsi üçün Tehrana yeni suallar göndərib. Xatırlanıb ki, Tehrana verilən yeni suallar İranın nüvə proqramı sahəsində keçmişdə gizli şəkildə apardığı bəzi fəaliyyətləri ilə əlaqədardır. Agentlik bildirib ki, o, məsələ ilə bağlı mövcud bəzi şübhələri aradan qaldırmaq üçün Tehranla problemin texniki tərəfləri barədə danışıqları davam etdirəcək.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano İranın nüvə proqramının nəticəsi və onun dinc xarakter daşıyıb-daşımaması ilə bağlı yekun qərarı barədə dekabrın 15-də bəyanat yayacaq.

Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |