Şrift:
Qərbi Azərbaycanın yeniyetmə boksçuları qızıl, gümüş və bürünc medallarına sahib oldular
11.09.2015 [13:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın yeniyetmə boksçuları ölkə çempionatında qızıl, gümüş və bürünc medallarına sahib oldular.
Qərbi Azərbaycan boks heyətinin rəisi Məhəmməd Abi bu müsabiqələrdə ölkənin 31 vilayətindən 202 boksçunun iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, müsabiqələr sentyabrın 4-dən 8-dək (şəhrivərin 13-dən 17-dək) 4 gün müddətinə keçirilib.

Boks heyətinin rəisi diqqətə çatdırıb ki, “bundan öncə Qərbi Azərbaycanın yeniyetmə boksçuları ölkə üzrə 22-ci yerdə idilər, bu il isə 15 pillə yüksələrək ölkə üzrə 7-ci yeri tutublar.

M.Abi medal qazanan boksçuların adlarını da açıqlayıb: “ 66 kiloqramda qızıl medalı Mehdi Makuyi, 75 kiloqramda gümüş medalı Fərid Məhtab və 85 kiloqramda bürünc medalı Karvan Fəttahi qazanıb.”
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed