Şrift:
Şərqi Azərbaycanda son aylarda yol qəzaları nəticəsində ölənlərin sayı açıqlandı
12.09.2015 [09:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan vilayətində cari ilin (hicri-şəmsi təqvimi ilə) birinci 5 ayında yol qəzalarında ölənlərin sayı açıqlanıb.
Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin baş müdirinin açıqlamasına görə, cari ilin birinci 5 ayında yol qəzaları nəticəsində 332 nəfər dünyasını dəyişib.

Bəhram Səmədirad bildirib ki, “Tibbi Ekspertiza Mərkəzinin açıqladığı 332 ölüm faktı keçən ilin eyni müddəti ilə müqayisədə -hansıki 327 nəfərdən ibarət idi- 2 faiz artım göstərir.”

Onun sözlərinə görə, yol qəzalarında ölən 332 nəfərdən 272-si kişi, 60-ı isə qadın olub.

B.Səmədirad əlavə edib ki, “ötən ay (mordad ayı) Şərqi Azərbaycanda 80 nəfər yol qəzalarının qurbanı olub. Bu rəqəm küçən ilin eyni dövrü ilə müqayisədə azalma göstərir. Keçən il mordad ayında 86 nəfər yol qəzaları nəticəsində həlak olmuşdur.”

Qeyd edək ki, Güney Azərbaycanda çoxsaylı və faciəli yol qəzaları bir ictimai-iqtisadi problemə çevrilib. Ekspertlərin fikrinə görə, bu acınacaqlı hadisələrin əsas səbəbi qeyri-standard caddələrdir. Yol qəzaları nəticəsində həyatını itirən soydaşlarımızın ailələri bir çox iqtisadi və ailə problemləri ilə üz-üzə qalır.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed