Şrift:
Ərdəbil əhalisinin üçdə biri narkotik maddələri ilə əlaqədar problemlərlə üz-üzədir
12.09.2015 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İslam Cümhuriyyətində fərdi və ictimai azadlıqların məhdud olması ilə yanaşı iqtisadi sıxıntılar da son həddə çatıb. Bu vəziyyət mərkəzdən uzaq və qeyri-fars bölgələrində daha çox hiss olunur. İctimai və fərdi sıxıntılar əhalinin ziyanlı adətlər və narkotik (müxəddir) maddələrinə meyillənməsi ilə də nəticələnir.
Ərdəbil vilayətinin narkotik maddələri ilə mübarizə üzrə koordinasiya şurasının məsulu bildirib ki, “ilkin araşdırmalara görə, Ərdəbil vilayətində 400 mindən çox əhali narkotik maddələri ilə əlaqədar problemlərlə üz-üzədir.”

Sruri bu barədə Ərdəbildə narkotik maddələri asılılığından qurtulanların ağırlama mərasimində jurnalistlərə deyib ki, qeyd etdiyim 400 min nəfər əhalinin üçdə biri deməkdir.

O sözlərinin davamında daha önəmli məsələlərə toxunub:

“İranda narkotik maddələrindən istifadə edənlərin 85 faizi tiryək qalanı isə heroin və texniki narkotik maddələri istifadə edir. Ölkə isə əhalinin bu vərdişinə görə ildə milyardlarla büdcə itirir. Narkotik maddələrindən istifadənin 47 faiz ziyanı onu istifadə edənlərə, 24 faiz dövlətə və 29 faizi cəmiyyətin orta təbəqəsinə aiddir. Həyat yoldaşına qarşı zorakılıq hallarının 65, boşanmaların 55, uşaqlara qarşı zorakılıq hərəkətlərinin 25 və maliyyə cinayətlərinin 20 faizi narkotik maddələrindən istifadə ilə bağlıdır.”
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed