12.09.2015 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə şəhərinin dördüncü İslami Şəhər Şurası fəaliyyətinin 3-cü ilinin başlanğıcı ilə bağlı keçirdiyi mətbuat konfransında Urmu gölü böhranı gündəmdə olub.
Şəhər Şurasının sədr müavini Urmu gölünə xüsusi diqqətin gərəkdiyini vurğulayaraq deyib: “Urmu gölü böhranı ciddi bir məsələdir. Bu problem Qərbi Azərbaycan vilayəti və ölkə ilə məhdudlaşmır, ona görə də bu məsələyə bir transmilli (fəra milli) məsələsi kimi baxılmalıdır. Gölün quruması təkcə Qərbi Azərbaycan vilayətini deyil, donşu vilayətlər və hətta qonşu ölkələri də təhdid edir.”
Hüseyn Bəxşayeşi əlavə edib ki, “Urmu gölünü canlandırma mərkəzinin Tehranın Şərif universitetində yaradılmasından çoxlu gileyimiz var və bu mərkəzin Urmiyə universitetində yaradılmasını tələb edirik.”
Bildirək ki, bu iclasda Şəhər Şurası üzvləri ilə yanaşı Urmiyənin Bələdiyyə başqanı Məhəmməd Həzrətpur da jurnalistlərin suallarını cavablandırıb.

Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |