12.09.2015 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Yaxın günlərdə sənin şərrindən xilas olacağıq"
3 gündür Ərdəbil zindanında qanunsuz həbsinə etiraz olaraq aclıq aksdiyasına başlayan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani ETTELAAT tərəfindən ən pis iqlimi olan uzaq şəhərlərdən birinin həbsxanasına sürgün edilməklə təhdid edilib.
Ərdəbil həbsxanasının təhlükəsizlik bölməsinin məsulları ETTELAAT idarəsinin təzyiqi altında Abbas Lisaniyə deyiblər ki, aclığı dayandırmasa onu ölkənin ən pis iqilim şəraiti olan uzaq şəhərlərdən birinin həbsxanasına sürgün edəcəklər: “Yaxın günlərdə sənin şərrindən xilas olacağıq”.
Həmçinin Ərdəbil zindanının məsulları bu ilin iyul ayında (1394-cü il, tirin 31-də) iş yerinə gedərkən tutulan azərbaycanlı fəalın ailəsinə bildiriblər ki, ETTELLAT əməkdaşları Abbas Lisanini uzaq bir şəhərə sürgün etmək üçün ölkənin Ali Məhkəməsinə müraciət etmək niyyətindədirlər. Bu isə onun ailə üzvlərinin ciddi narahatlığına səbəb olub.
Sentyabrın 9-u (şəhrivərin 18-i) sübh saatlarından üçüncü dəfə olaraq aclığa başlayan Abbas Lisaninin həbsi onun Urmiya gölünün qəsdən qurudulmasına etirazı ilə bağlıdır. Onun əvvəlki aclıq aksiyasları zindan rəhbərliyinin ona müəyyən güzəştlərə gedib vədlər verməsindən sonra dayandırılmışdı.
Qeyd edək ki, Abbas Lisani milli zəmində apardığı dinc fəaliyyətlərinə görə, o sıradan da Urmiya gölünün qəsdən qurudulmasına ardıcıl etiraz bildirdiyinə gərə dəfələrlə həbsə salınıb. 2007-ci ildə isə (1386-cı ildə) azərbaycanlı fəal göstərdiyi həmin müqavimətinə görə saxlandığı Əhər zindanından doğma yurdundan xeyli uzaqda olan Yəzd həbsxanasına köçürülüb.

Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |