Şrift:
Salehi: Nüvə razılaşması İranın nüvə sənayesinin inkişaf tempini zəiflədə bilməyəcək
14.09.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi sentyabrın 12-də jurnalistlərə açıqlamasında ölkənin Qərblə nüvə razılaşmasından və bu razılaşmasının İranın nüvə fəaliyyətinə mümkün təsirindən danışıb.
Salehi deyib ki, Qərblə nüvə razılaşması ölkənin nüvə sahəsində apardığı fəaliyyətinin sürətini azalda bilməyəcək: “Bütün İran xalqı əmin ola bilər ki, bu razılaşmadan sonra ölkənin nüvə sənayesi texniki baxımdan heç bir dayanma və ya məhdudiyyətlə üz-üzə qalmayacaq. Bie sözlə, bu razılaşma ölkənin nüvə sənayesinin inkişaf tempini zəiflədə bilməyəcək.

Düzdür, Qərbə apardığımız danışıqlarda bir sıra məhdudiyyətləri qəbul etmişik. Lakin bu məhdudiyyətlər İran İslam Respublikasının nüvə fəaliyyətini zəiflədə biləcək elə də mühüm məsələlər deyil”.

Qeyd edək ki, iyulun 14-də İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çİn və Almaniya) arasında Vyanada yekun razılaşma əldə olunub. Razılaşma şərtlərinə əsasən Tehran, Beynəlxalq sanksiyaların tədricən yüngülləşdirilməsi qarşılığında öz nüvə fəaliyyətini məhdudlaşdırmalı olacaq.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed