Şrift:
Şərqi Azərbaycanda daha 47 nəfər narkotik maddələrinin qubanı olub
14.09.2015 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fərdi və ictimai azadlıqların minimum həddində olan İslam Cümhuriyyətində insanların bir çoxu narkotik maddələrinə üz tutur. Bu bəla bir çox insanın ölümünə səbəb olduğu kimi, çoxsaylı ailələrin də dağılmasına səbəb olur.
Son məlumata görə, Şərqi Azərbaycanda narkotik aludəçisi olan daha 47 nəfərin öldüyü bəlli olub.

Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin baş müdiri bildirib ki, “cari ilin birinci 5 ayında 47 nəfər narkotik maddələrindən istifadə tərzinə görə dünyasını dəyişib.”

Bəhram Səmədirad bu səbəbdən ölən narkomanların (mötad) sayı keçən ilin eyni müddəti ilə müqayisədə 3 nəfərin artdığını bildirib.

Onun sözlərinə görə, Şərqi Azərbaycan vilayətində ötən ilin birinci 5 ayında 44 nəfər narkotik maddələrindən istifadə tərzinə görə dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed