Şrift:
Azərbaycanlı fəal ETTELAAT idarəsinə çağırılıb
14.09.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər davam etdirilir.
Son məlumata görə, Urmiyə şəhərinin fəallarından biri ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb. 50000000 saytının yaydığı məlumatda bildirilir ki, Əli Əzizi çağırışın qanunsuz olduğuna görə ETTELAAT idarəsinə müraciət etməkdən imtina edib.

Bildirık ki, Ə.Əzizi son aylarda Urmiyə şəhərində yaxalanıb və vəsiqə qarşılığında azadlığa buraxılan fəallar arasında olub. O iyunun 11-də (xordadın 21-də) 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Bu arada daha bir urmiyəli fəalın azadlığa buraxılması barədə məlumat yayılıb. Soheyl Dəiri sentyabrın 11-də (şəhrivərin 20-də) bir gün saxlandıqdan sonra “9 pillə” təcrixdanasından sərbəst buraxılıb. Onun saxlandığı müddətdə işgəncə edildiyi bildirilir.

Qeyd edək ki, S.Dəiri sentyabrın 10-da təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanıb və Urmiyənin “9 pillə” təcridxanasına aparılıb.
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed