Şrift:
Şahrox Zamani Rəcayişəhr zindanında dünyasını dəyişib
14.09.2015 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Bildiriş
Təbrizli işçilər fəalı Şahrox Zamani sentyabrın 13-də (şəhrivərin 22-də) Rəcayişəhr zindanında dünyasını dəyişib.
“Nəfəs dər qəfəs” saytının yaydığı məlumatda bildirilir ki, Zamani yerli vaxtla saat 17 radələrində həbsxananın 4-cü bölümündə qəflətən vəfat edib.

Məlumata görə, siyasi məhbus son iki ildə xroniki baş ağrıları və ani unutqanlıq xəstəliklərindən əziyyət çəkirmiş. Zindan məsulları isə məhbus həbsxananın xaricində müalicə olunmasına icazə verməyib.

“Nəfər dər qəfəs” saytı etibarlı mənbəyə istinadən bildirir ki, Ş.Zamani öldüyü günün səhər vaxtı sağlam görünürmüş, lakin günortadan sonra yatdığı yerdə ölüb. Məhbuslar onu həbsxananın poliklinikasına apardığı zaman onun bədəni göyərmiş halda olub.

Həbsxananın poliklinikası hələlik məhbusun ölüm səbəbini açıqlamayıb.

Xatırladaq ki, adını çəkdiyimiz fəal 1390-cı ilin dey ayında (hicri-şəmsi tarixi ilə) həbs olunub. 11 il həbsə məhkum edilən fəal bir müddət Təbrizin mərkəzi zindanında həbs edildikdən sonra Kərəcin Rəcayişəhr zindanına intiqal edilib.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed