Şrift:
Şərqi Azərbaycan rəsmisi: Ustad Şəhriyar adına 7 mahnıdan ibarət musiqi albomu hazırlanır
14.09.2015 [14:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətinin incəsənət idarəsindəki musiqi bölməsinin məsulu Seyid Məhəmmədhüseyn Bulaği sentyabrın 12-də jurnalistlərə açıqlamasında Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar üçün hazırlanan musiqi albomundan danışıb.
Məhəmmədhüseyn Bulaği deyib ki, bu ilin payızında Təbrizdə keçiriləcək “Ustad Şəhriyar Beynəlxalq Qurultayı”nda təqdim olunmaq üçün şairin adına 7 mahnıdan ibarət bir musiqi albomu hazırlanır: “Şəhriyarın dini mzmunlu əsərləri əsasında hazırlanan və hazırda yazılışına başlanan mahnılardan 6-sı fars dilində, “Allahın vədi” adlı bir mahnısı da Azərbaycan Türkcəsində olacaq. Musiqi albomunda yer alacaq mahnıların şeirləri isə Ustad Şəhriyarın şeir divanından seçilib”.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed