Şrift:
Qəzvində narkotik maddələrindən ölənlərin sayı 26 faiz artıb!
15.09.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qəzvin vilayətində narkotik (müxəddir) maddələri qurbanlarının sayı artıb. Bu barədə Qəzvin Vilayəti Tibbi Ekspertiza Mərkəzinin baş müdiri məlumat verib.
Mehrdad Taibi bildirib ki, Qəzvin vilayətində, narkotik maddələrindən təhlükləli tərzdə istifadə etdiklərinə görə ölənlərin sayı 26 faiz artıb: “Bu ilin birinci 4 ayında 19 nəfər narkotik maddələrindən təhlükləli tərzdə istifadə etdiklərinə görə dünyasını dəyişib. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə -hansıki 15 nəfər idi- 26 faiz artım göstərir.”

Tibbi Ekspertiza Mərkəzinin baş müdiri ölən 19 nəfərdən 2-nin qadın 17-nin isə kişi olduğunu bildirib. Onun sözlərinə görə, ötən il ortalama olaraq hər ay 3 nəfər narkotik maddələrindən istifadə etdiyinə görə həlak olub.

Qeyd edək ki, İran narkotik maddələri məsələsində həm mənbə, həm tranzit və həm də istehlakçı ölkə sayılır. Bəzi ekspertlər ölkədə ümumi və fərdi azadlıqların olduqca məhdud olması və iqtisadi gərginliyi narkomaniyanın (mötadlıq) yayılmasında səbəb kimi göstərir. Bəziləri isə bu bəlanın rejim tərəfindən qəsdən genişləndirilməsini iddia edir.

Rəsmi rəqəmlərə görə, narkotik maddələrinin yayğınlaşması, ölkədə hər il çoxsaylı ailənin dağılması və HİV virusunun sürətlə yayılmasına səbəb olur.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed