Şrift:
Meysəm Colani və Murtaza Pərvin Ərdəbil zindanına aparılıb
15.09.2015 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Meysəm Colani və Murtaza Pərvin Ərdəbil həbsxanasına salınıb. Onlar çağırış hökmünə əsasən Ərdəbil prokurorluğunun 5-ci istintaq şöbəsinə müraciət edib və ümumi asayişi pozmaq ittihamı ilə bağlı özlərini müdafiə ediblər. Lakin müstəntiq hər iki fəalın təcridxanaya göndərilməsinə qərar verib.
GAMAC təşkilatının rəsmi saytında yayılan məlumata görə, fəallar ailələri ilə 30 saniyyəlik bir telefon əlaqəsində Ərdəbil zindanına aparıldıqlarını bildiriblər. Onlar dosyelərinin təfərrüatı barədə heç bir məlumat verməyib.

Fəalların ailəsi bu xəbərdən sonra 5-ci şöbəyə müraciət edib və onların vəziyyəti və dosyesi ilə bağlı maraqlanıb. Verilən məlumata görə, mütəntiq onlara qərarın təfərrüatı barədə heç bir məlumat verməyib və sadəcə -bilgi əldə etmək üçün bir neçə gün sonra müraciət etməlisiniz- cavabı ilə kifayətlənib.

Xatırladaq ki, Meysəm Colani mədəni fəaliyyyətlərinə görə bundan öncə də saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. O 1392-ci ildə (hicri-şəmsi təqvimi ilə) Dünya Ana Dili Günü mərasimində tutulub və Əhər zindanına aparılan fəallar arasında olub. Onun yaxalandığı və saxlandığı zaman işgəncə edildiyi də bildirilir. Həmçinin fəal bu hadisədən öncə 1392-ci ildə “Traxtur” komandasının müsabiqəsindən öncə Təbrizin səhənd stadionunda yaxalanmışdır.
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed