15.09.2015 [10:42] - Gündəm, Gənclik
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi mühüm yer tutur. Ombudsman müntəzəm olaraq uşaqların, o cümlədən qaçqın və məcburi köçkün, əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş uşaqların vəziyyəti ilə daim maraqlanır, onların problemlərinin həllində yardımçı olur.
Bu baxımdan Müvəkkil və onun əməkdaşları ardıcıl olaraq, dövlət uşaq müəssisələrində olur, başçəkmələr həyata keçirir, uşaqlar üçün yaradılmış şərait, onların təhsili, tibbi xidmətə çıxış imkanları, uşaqların saxlandığı müəssisələrdə mövcud sənədləşmənin aparılması vəziyyətini araşdırırlar.
“15 sentyabr – Bilik Günü” ərəfəsində Bakı şəhərindəki 1 və 2 saylı uşaq evlərinə, Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbinə, habelə 3 saylı Xüsusi internat məktəbinə başçəkmələr həyata keçirilmişdir.
Başçəkmələrdə məqsəd Bilik Günü ərəfəsində həmin müəssisələrdə tədris prosesinə hazırlıq vəziyyətinin, oradakı sakinlərin və ilk dəfə bu müəssisələrə qəbul olunan uşaqların saxlanılma şəraitinin və onlarla rəftarın araşdırılması olmuşdur.
Müəssisələrdə keçirilmiş görüşlərdə uşaqlar, o cümlədən ilk dəfə dərslərə qədəm qoyacaq şagirdlər, müəllimlər və tərbiyəçilər Bilik Günü münasibətilə təbrik edilmiş, uşaqlara təhsildə uğurlar arzulanmış, onlara biliklərə mükəmməl yiyələnmək, savadlı, vətənpərvər, əməksevər övladlar kimi yetişmək tövsiyə olunmuşdur.
Dünyanın ən gözəl diyarlarından olan, çox böyük tarixə və zəngin təbii sərvətlərə malik, müstəqil Azərbaycanda yaşadığımız diqqətə çatdırılmış, respublikamızın gündən-günə inkişaf etməsi, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, elmə və uşaqlara hər zaman xüsusi qayğı ilə yanaşdığı bildirilmişdir. Həmçinin Heydər Əliyev Fondunun da respublikamızda gənc nəslin və uşaqların hərtərəfli inkişafı, təhsili, intellektual səviyyəsinin yüksəldilməsi, fiziki tərbiyəsi, sağlamlığı, zəngin mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhunda yetişməsi istiqamətində gördüyü mühüm tədbirlər, Fondun təşəbbüsü ilə çoxsaylı uşaq evlərinin və internatların əsaslı təmir olunduğu, yeni məktəblərin tikildiyi və müasir avadanlıqla təchiz edildiyi diqqətə çatdırılmışdır.
Eyni zamanda qeyd edilməlidir ki, Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin əməkdaşları da adı çəkilən regionlarda fəaliyyət göstərən uşaq evləri və internat məktəblərində bu başçəkmələri davam etdirmiş, Müvəkkilin yeni dərs ili ilə bağlı təbriklərini və xoş arzularını həmin müəssisələrin kollektivlərinə çatdırmışlar.
Bakıda və regionlarda başçəkmələr zamanı həmin müəssisələrin bütün obyektlərinə baxışlar keçirilmiş, qarşıdakı tədris ilinə hazırlığın vəziyyəti, mövcud şərait və orada saxlanılan uşaqlara qarşı rəftar, aparılan təmir və abadlıq işləri, uşaqların dərs ləvazimatı ilə təminatı müsbət qiymətləndirilmişdir.
Başçəkmələrin sonunda həmin müəssisələrin rəhbərlərinə müvafiq tövsiyələr verilmişdir.

Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |