Şrift:
Azərbaycanlı fəal ETTELAAT-ın Ərdəbil bölməsi tərəfindən təhdid edilib
15.09.2015 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Məzahir Məali ETTELAAT-ın Ərdəbil idarəsinin əməkdaşları tərəfindən təhdid edilib.
ETTELAAT-ın Ərdəbil bölməsinin əməkdaşları sentyabrın 11-də Məzahir Məalinin iş yeri olan mağazasına gedərək onu Azərbaycan milli hərəkatının fəalları ilə əlaqə saxladığına görə təhdid ediblər. ETTELAAT əməkdaşları ərdəbilli fəala xəbərdarlıq edərək deyiblər ki, o azərbaycanlı fəallarla əlaqələrini kəsməsə ona qarşı ciddi tədbir görüləcək.

Son günlərdə isə daha üç ərdəbilli fəal, Rəhim Qulami, Şapur Nüsrətpur və Meysəm Colani milli zəmində apardıqları dinc fəaliyyətlərinə görə, telefon vasitəilə ETTELAAT idarəsi tərəfindən təhdid ediliblər.

ETTELAAT-ın ərdəbilli fəallara təzyiqinin artması isə son vaxtlarda bu şəhərdə keçirilən futbol yarışlarının birində azarkeşlərin küçələrə axışıb milli şüarlar səsləndirməsi və plakatlar qaldıraraq həbsdə saxlanan fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb etməsi ilə əlaqələndirilir.
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed