15.09.2015 [13:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Urmu gölünün canlandırılması üçün hansı layihələr üzərində iş aparılır?” sualına cavab tapmaq mümkün deyil. Bir neçə gün öncə ölkə rəsmiləri Urmu gölünə Gürcüstandan su intiqal ediləcəyini bildirib və Türkiyənin Van gölü variantını (seçənək) ümumiyyətlə müzakirə mövzusu olmadığını bildirdilər. Hər kəsin diqqəti Gürcüstan variantına yönəldiyi bir vaxtda yenidən ziddiyyətli xəbər yayılıb.
Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan nümayəndəsi gölün canlandırılması üçün aparılan işlərlə bağlı danışarkən yuxarıda qeyd etdiyimiz planların tam tərsini bildirib.
Hadi Bahadori “Təsnim” xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib ki, “siyasi baxımdan Gürcüstandan Urmu gölünə su intiqal etmək mümkündür və heç bir problem yoxdur. Lakin bu layihə texniki və iqtisadi cəhətdən sərfedici deyil. Arada 800-900 metrə qədər araz dərəsi var və bu səbəbdən də Gürcüstandan Urmu gölünə su intiqal etmək mümkün deyil.”
Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan nümayəndəsi Türkiyənin Van gölündən Urmu gölünə su intiqalı ilə bağlı isə bunları deyib: “Bu varianta (seçənək) baxılır. Lakin Van gölü suyunun keyfiyyəti yoxlanmalıdır, əgər bizim tələblərimizə uyğun gələrsə onda Van gölündən su intiqal etmək olar. Həmçinin su ətraf-mühit və kimyəvi baxımdan da yoxlanmalıdır. Gətiriləcək su artemiaların yaşamasına da uyğun gəlməlidir.”
Van gölündən Urmu gölünə suyun intiqal edilməsinə 1 milyard dolların lazım olduğunu bildirən H.Bahadori əlavə edib ki, “Türkiyədə satılan neftin 9 milyard dolları blokə olub və bu pulun qarşılığında Urmu gölünə su intiqal etmək mümkündür.”

Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |