15.09.2015 [15:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Avropa Parlamentinin qətnaməsi köhnə bayatıdır
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev AP tərəfindən qəbul edilən son qətnaməni həqiqəti əks etdirməyən, ölkəmizi basqı altında saxlamağa hesablanmış sənəd kimi qəbul edib: “İstənilən dövlətin təhlükəsizliyi və inkişafı onun daxili idarəetməsinə bağlıdır. Əgər bir ölkənin təhlükəsizliyi təhdid olunarsa, onun inkişafına maneçilik xarakterli, xaotik hərəkətlərə yol verilərsə, bunlara qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Kim nə ad verirsə-versin, hətta Avropa təsisatlarında təmsil olunan bütün ölkələr də özlərinin daxili sabitliyini qorumaq, xarici təhdidlərə dayanmaq, basqılardan sığortalanmaq üçün bu istiqamətdə zəruri addımlar atırlar. Hesab edirəm ki, dövləti, dövlətçiliyi, ölkənin milli maraqlarının qorunması baxımından bunlar tamamilə normal hərəkətlərdir. Amma təəssüf doğuran məqam budur ki, nədənsə xarici dairələr Azərbaycanda qanunun tələblərini pozan, öz statusundan sui-istifadə edərək imtiyazlar qazanmağa çalışanlara xüsusi “canıyananlıqla” yanaşırlar. Halbuki Avropa ölkələrində qanunun aliliyi vacib şərtdir. Bu məntiqdən çıxış etdikdə, istər Azərbaycanda, istərsə də Avropada kimin hansı status daşımasından asılı olmayaraq hər kəs qanunlara əməl etməlidir. Qanunları pozan isə adekvat qaydada cəzalandırılmalıdır. Bütün bu sadalanan məqamları nəzərə alaraq, Avropa Parlamenti tərəfindən qəbul edilən son qətnaməni həqiqəti əks etdirməyən, ölkəmizi basqı altında saxlamağa hesablanmış sənəd kimi qəbul edirəm. Bu sənəd Azərbaycan gerçəkliklərinə adekvat deyil”.

Bu xəbər oxucular tərəfindən 1208 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |