16.09.2015 [10:44] - Gündəm, Türk dünyası-Turan
“BANM böyük nailiyyətlərə imza atıb”. Bu sözləri BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə deyib.
BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Q.Birrell deyib ki, BANM qısa müddətdir ki, fəaliyyət göstərir, amma buna baxmayaraq böyük nailiyyətlərə imza atıb: "Bunun da ən gözəl nümunələrindən biri odur ki, BANM ən bacarıqlı, qabiliyyətli tələbələri özünə cəlb edə bilib. Təbii ki, bu, həm Ali Məktəbin, həm də SOCAR-ın böyük nailiyyətidir. BP Azərbaycanda 20 ildən coxdur ki, fəaliyyət göstərir. Bu zaman çərçivəsində biz SOCAR-la, digər partnyorlarla bərabər Azərbaycanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edirik və bir neçə böyük, iri miqyaslı təhsil layihələrində iştirak etmişik. Bu əməkdaşlığın mərkəzində duran bizim inamımızdır. Biz inanırıq ki, Azərbaycanda iri miqyaslı neft və qaz layihələrinin operatoru olaraq SOCAR-la bərabər, bizim qarşımızda bir öhdəlik durur. Bu ondan ibarətdir ki, biz həmin böyük iri miqyaslı neft və qaz layihələri üçün gözəl peşəkarlar, mütəxəssislər yetişdirək. Mən inanıram ki, SOCAR, Təhsil Nazirliyi və buradakı partnyor şirkətlərlə bərabər, biz bu əməkdaşlığı davam etdirərək doğrudan da gözəl mütəxəssislər inkişaf etdirərək Azərbaycanın neft-qaz sənayesinə töhfələrimizi verəcəyik. 2013-cü ilin noyabrında BP şirkəti olaraq BANM ilə anlaşma memorandumu imazalamışıq. Bu memorandumun sayəsində biz BANM ilə əməkdaşlıq edirik. BP-nin yüksək səviyyəli mütəxəssisləri tərəfindən keçən tədris ilində tələbələr üçün 15 mühazirə deyilib. Biz 2015-2016-cı tədris ili üçün də belə bir mühazirə proqramı hazırlayırıq. Biz həm də sahə ofislərimizə tələbələr üçün səfər təşkil edirik. Ötən il Səngəçal terminalına və “ATA Yard” sahəsinə səfər təşkil etmişdik. BANM-nin 3 tələbəsi bu il yay təcrübə proqramına qoşulub - Fidan Səlim-zadə, İnsafəli Səmədov və Riyad Muradov. Bu tələbələrdən ikisi - Fidan və Riyad bizim şirkətin keçirdiyi “Texno Fest” adlı müsabiqəsində qalib olub. Fidan Səlim-zadə I yeri, Riyad Muradov isə III yeri qazanıblar. BP-nin hər il həyata keçirdiyi “Texno Fest” müsabiqəsi qlobal müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir”.

Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |