16.09.2015 [10:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uşaq haqları fəalı Səid Şirzadın nəhayət ki, məhkəmə iclası keçirilib. O qeyri-müəyyən vəziyyətdə saxlanmasının 15-ci ayında Tehran inqilab məhkəməsinin 15-ci şöbəsində mühakimə olunub. Məhkəmə prosesində müttəhimin vəkili Əmir Salar Davudi də iştirak edib.
“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, S.Şirzad siyasi məhbusların ailəsi ilə görüşdüyünə görə sistemin əleyhinə sözləşmə və metroda ölən bir səyyar satıcının ölümü ilə bağlı Tehran Bələdiyyəsinin qarşısında keçirilən etiraz aksiyasına qatıldığına görə ümumi asayişi pozmaqda ittiham olunub. Müttəhim və onun vəkili irəli sürülən ittihamları rədd edib.
Bildirək ki, uşaq haqları fəalı S.Şirzad keçən aylarda məhkəmə iclasını etiraz əlaməti olaraq tərk edib. O, çağırışın öncədən elan olunmaması, vəkilin məhkəmə prosesinə qatılmaması və bütün müraciətlərə rəğmən vəkilə onun dosyesi ilə tanış olmaq icazəsi verilməməsi səbəbindən məhkəmə iclasını tərk edib. Fəal bu vəziyyətə etirazla yanaşı, həmçinin əl-qolunun qandallanmasına etiraz etdiyi üçün iki dəfə məhkəmə iclasına qatılmaqdan imtina edib.
Qeyd edək ki, S.Şirzad 2014-cü il iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.

Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |