Şrift:
Təbrizdə Qaya rəqs qrupunun rəhbəri tutulub
16.09.2015 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, “Qaya” rəqs qrupunun rəhbəri Calal Salehpur (Bulud) tutulub.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Azərbaycan milli rəqslərinin öyrədilməsi və təbliği sahəsində fəaliyyət göstərən Calal Salehpuru sentyabrın 13-də tutub naməlum istiqamətə aparıblar. Azərbasdycanlı fəalın hazırda harada saxlandığı və onun konkret nədə günahlandırıldığı bilinmir.

Qeyd edək ki, İran hökuməti bir neçə il əvvəl də Azərbadycan milli rəqslərinin təbliği sahəsində fəaliyyət göstərən “Laçın” musiqi və rəqs qrupunun İstanbulda keçirilən Dünya Türk Festivalı mərasiminə qatılmasına mane olmuş, qrupun fəaliyyətini dayandırmışdı. Bütün bunlar isə İran hökumətinin son vaxtlarda Azərbasycan milli mədəniyyəti və onun dili uğrunda mədəni fəaliyyat aparan dinc fəallara qarşı təzyiqi gücləndirməsindən xəbər veirir.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed