Şrift:
BMM-də tədbir
16.09.2015 [14:00] - Gündəm, Diaspor
Bu gün Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “15 sentyabr Bakının işğaldan azad edilməsinin 97-ci ildönümü” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, Nuru Paşa və silahdaşlarının Azərbaycan uğrunda savaşından danışıb. O, bildirib ki, “Ermənilər və ruslar Qafqazı türklərdən təmizləmək istəyirdi. Buna görə də biz Osmanlını köməyə çağırmışıq və Nuru Paşanın rəhbərliyi altında Qafqaz-islam ordusu bizim köməyimizə yetişdi, bu bizim qurtuluşumuz oldu.”
Daha sonra çıxış edən BDM sədri İsmayıl Ağayev Azərbaycan üçün Türkiyədən başqa heçbir dövlətin bu qədər yaxın olmadığını qeyd edərək, Nuru Paşa və Ənvər Paşanın qəlbimizdə xüsusi yeri olduğunu və bizlərin bu günkü azadlıq üçün onlara daim minnətdar olduğumuzu bildirib. O, həmçinin Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün abidənin qoyulmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin başqanı Səfər Qaraqoyunlu çıxışında Azərbaycan və Türkiyə münasibətlərinin dost deyil qardaş münasibəti olduğunu qeyd edərək, Türkiyənin son aylar keçirdiyi çətin günlərində Azərbaycandan gələn dəstəyə görə öz minnətdarlığını bildirib. Eyni zamanda beynəlxalq müzakirələrdə iki qardaş ölkənin bir-birinə dəstək verməsini və bunun bariz nümunələrindən olan cənab prezident İlham Əliyevin “Türkiyə burda deyil amma biz burdayıq” ifadəsindən böyük qurur hissi keçirdiklərini bildirib. Daha sonra tədbirdə iştirak edən türkiyəli qonaqlar Orxan Çərkəz, Nebahat Kirman, Bahaddin Miral, Cemal Uyqur və başqaları Nuru Paşa və silahdaşlarını anaraq Azərbaycan türklərinin istiqlal mübarizəsindən və Bakının erməni işğalçılarından azad olunmasında göstərmiş olduqları böyük şücaət və qəhrəmanlıqları ilə bağlı hisslərini ifadə etdilər.
Azəri-Türk Qadınlar Birliyi və Beynəlxalq Diaspor Mərkəzinin rəhbərliyi Türkiyədən gələn qonaqlarla birgə Türk şəhidliyini ziyarət ediblər.

BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed