17.09.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu gölünün quruması nəticəsində bağları məhvə doğru gedən bölgə bağbanlarının problemi təkcə bununla məhdudlaşmır. Məlumata görə, Urmiyədə bağbanlardan alınan üzüm məhsulu Tehranda 5-6 dəfə bahasına satılır!
Urmiyənin İran parlamentindəki millət vəkili Qərbi Azərbaycan bağbanlarının ağır durumu, dəllalların su-istifadəsi və dövlətin məsələyə laqeyd münasibəti ilə bağlı xəbər agentliklərinin biri ilə danışıb:
“Urmiyədə ən yaxşı üzüm 2000 tümənə satılmır. Lakin həmin üzüm Tehranda 5-6 dəfə bahasına satılır.
Urmiyədə ən keyfiyyətli üzüm 1600-1800 tümən arası satılır. Lakin həmin üzüm Tehranda meyvə mağazalarında 10500 tüməndir. Bu göstərir ki, dövlət bağbanı və həmçinin istehlakçını dəstəkləyən proqrama malik deyil. Bu isə dəllalların və fürsətçilərin xeyirinə olur. Bu arada ən çox ziyanı bağban görür və istehlakçı da bahalı qiymətə məhsul alır.”
Nadir Qazipur əlavə edib ki, hazırda fabrikalar bəzi üzümləri bağbandan 600 tümənə alır, hətta pulunu da nağd ödəmirlər.”
Millət vəkili sözügedən problemin həlli üçün Qərbi Azərbaycan vilayətinin yerli məsulları ilə söhbət etdiyini də diqqətə çatdırıb.

Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |