28.01.2012 [16:14] - Gündəm
Bizim ilk və təxirəsalınmaz məqsədimiz Cənubi Azərbaycan türklərinin fars şovinizminin əsarətindən xilas edərək, onların beynəlxalq qanunlarda təsbit edilmiş milli və şəxsi azadlıqlarının, vətəndaşlıq hüquqlarının gerçəkləşdirilməsidir.
Bu sözləri Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin başqanı, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi bu günlərdə Almaniyada II qurultayı keçirilən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin fəaliyyəti ilə bağlı fikirlərini şərh edərkən bildirib.
“Bununla yanaşı Güney Azərbaycan Milli hərəkatının vahid bir mərkəz ətrafında toplanması üçün çalışırıq. Bütün milli insanlar bir arada olmalı və bir hədəfə vurmalıdırlar.
BMT qarşısında məsələ qaldıraraq bölünmüş xalq statusu almaq üçün işləri gücləndiririk və insan haqqlarının aliliyi prinsiplərini, BMT Nizamnaməsini əsas götürərək İranın əsarəti altında olan 35 milyondan artıq Azərbaycan türkünün mədəni, iqtisadi, ictimai-siyasi hüquqlarını təmin edilməsinə nail olmaq niyyətindəyik”, - deyə professor vurğulayıb.
Professor Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bir təşkilat kimi fəaliyyəti dünya Azərbaycanlıları arasında böyük inam qazandığını bildirib.
“Cəbhənin fəaliyyəti İngiltərə, Fransa, Almaniya, Belçika, Hollandiya, İsveç, ABŞ, Kanada, Norveç, Finlandiya, Avstriya, Türkiyə, Danimarka, Polşa, İspaniya, İtaliya, Macarıstan, İrlandiya və digər dövlətlərdə yaşayan və Güney Azərbaycan uğrunda mübarizə aparan soydaşlarımız tərəfindən çox böyük coşqu ilə qarşılanıb.
Çünki bu təşkilatda birləşən insanların həyat təcrübəsi, özünütəsdiq şərtləri, prosesləri elmi və ictimai cəhətdən qiymətləndirmək bacarığı onlara qarşı böyük inam hissi yaradıb. Bu inam GAMAC-ın özüdür. Biz bu inamdan doğaraq yola çıxdıq və inanırıq ki, GAMAC Bütöv Azərbaycan uğrunda bütün qüvvələri bir vahid yumurq altında birləşdirəcək”, - Təbrizi qeyd edib.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1271 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |