18.09.2015 [14:11] - Gündəm, Sosial
Sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyindən məlumat verilib.
Elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə Bakı-Sumqayıt dəmir yolu sahəsində bəzi tamamlama işləri aparılacaq. Bu səbəbdən sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək. Belə ki, sentyabrın 19 və 20-də Bakıdan sərnişin stansiyasından saat 05:30, 07:50, 17:25 və 18:25-də, Sumqayıt sərnişin stansiyasından 07:10: 07:55, 17:10 və 19:30-da yola düşən elektrik qatarların hərəkəti müvəqqəti dayandırılacaq.
Həmin günlər elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 06:50, 16:00, və 19. 25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 09:00, 18:30 və 20:30-da yola düşəcək.
Təmir işləri başa çatandan sonra qatarlar əvvəlki cədvələ uyğun olaraq hərəkət edəcək.
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |