19.09.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın qeyri-standard yoları can almaqda davam edir. Bu barədə hər gün müxtəlif bölgələrdən faciəli yol qəzaları xəbəri gəlir.
Sentyabrın 17-də yayılan məlumata görə, Şərqi Azərbaycan və Həmədan vilayətlərində bir neçə faciəli yol qəzası baş verib.
Şərqi Azərbaycan Təcili Tibbi Hadisələr Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsulu son 24 saatda baş verən yol qəzalarında 6 nəfərin öldüyü və 8 nəfərin yaralandığını bildirib. Həbib Hüseynqulizadə yol qəzalarının Kəleybər-Əhər, Əhər-Təbriz və Məlikanın kənd yolunda baş verdiyini diqqətə çatdırıb.
Həmədan Vilayəti Yol Polisinin rəisi isə sentyabrın 17-də bu bölgədə baş verən yol qəzasından danışıb.
Polkovnik Mehdi Şakiri bildirib ki, Həmədan yolunda Əlisədr Mağarası istiqamətində 3 minik maşınının toqquşması nəticəsində 4 nəfər ölüb və 5 nəfər yaralanıb.
Polis rəisinin sözlərinə görə, qəza nəticəsində ölən sərnişinlər toy mərasiminə gedirmişlər.

Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |