19.09.2015 [12:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 18-i sübh saat 7-də Güney Azərbaycanın Mərənd və Təbriz şəhərlərindən Urmiya gölünə getmək istəyən onlarla milli-mədəni və ətraf mühit üzrə dinc fəal İlxçı şəhərində tutulub.
İran təhlükəsizlik qüvvələri Urmiya gölünə doğru hərəkət edən azərbasycanlı fəalların avtobusunu dayandıraraq onlarla nəfəri tutduqdan sonra onları Səhənd şəhərinin hüquq-mühafizə qüvvələrinin ETTELAAT bölməsinə aparıblar. Tutulanlr arasında dinc fəallar Aydın Şəfiyi və Atilla Mənuçehri də var. Saxlanan digər fəalların kimliyi hələlik bəlli deyil.
Fəallar üzdə Azərbaycandan dəm vuran iranlı deputatların və digər yerli məsulların diqqətini qurumaqda olan Urmiya gölünə çəkmək və ölkə rəsmilərinin məsələyə laqeyd yanaşmasına dinc şəkildə etiraz bildirərkən tutulublar. Saxlananların konkret nədə günahlandırıldığı barədə heç bir məlumat yayılmayıb.
Qeyd edək ki, azərbasdycanlı fəallar bundan əvvəl, diqqətləri Urmiya gölünə çəkmək və prezident Ruhaninin gölün canlandırılacağı ilə bağlı prezident seçkisi zamanı verdiyi vədlərin yerinə yetirilməməsini xatırlatmaq üçün müxtəlif kampaniyalar, o cümlədən də duz vedrəsi (duz çəlləyi) kampaniyası keçiriblər.
Xatırladaq ki, mütəxəssislər bundan əvvəl dəfələrlə xəbərdarlıq edərək bildiriblər ki, Urmiya gölü tamamilə qurusa, bu faciə duz fırtınalarının əmələ gəlməsinə, gölün ətrafında yaşayan insanların tənəffüs, ağciyər və xərçəng xəstəliklərinə düçar olmasına və əkinçiliyin tamamilə məhv edilməsinə gətirib çıxaracaq. Gölün isə hazırda 90 faizindən çoxu artıq quruyub.

Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |