19.09.2015 [12:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 18-də Tehranın cümə namazına rəhbərlik edən axund Kazım sədiqi xütbə namazındakı çıxışında Amerika və Səudiyyə Ərəbistanına qarşı sərt bəyanatlar səsləndirərək islam inqilabının indiki durumundan danışıb.
Axund Kazım Sədiqi deyib ki, o, bəzilərinin yaydığı “İslam inqilabı artıq keçmişdə qalıb” düşüncəsi ilə razılaşmır: “Bu gün inqilabın durğunluq yox, dirçəliş mərhələsidir. İslam inqilabının sona çatdığını deyənlər özləri sona çatıblar. Bu gün inqilabımızın hələ başlanğıcıdır. Biz isə hazırda dünya inqilabı istiqamətində hərəkət edirik. İnqilabın sona çatmasını demək düzgün deyil. Bizim inqilab bölgədə yeni müqavimət cəbhələri açıb. Biz sözlə, inqilab hələ təzə başlanıb.
Bizim inqilab dünya zülmkarlarını təhqir edib. Bu inqilab “Amerikaya ölüm” şüarını dünyada bir mədəniyyətə çevirib. Millətimiz də Amerika ilə əlaqələrini kəsməklə tibb və texnologiya sahəsində inkişaf edərək böyük uğurlar qazanıb. Bu gün bəziləri Amerikanın üz-gözünü bəzəməklə çaslışırlar ki, biz ona zillət əlini uzadaq və onunla münasibətlərimizi bərpa edək. Lakin onların bu cəhdi uğursuz qalacaq”.
Axund Sədiqi, bir həftə əvvəl Məkkədə iri bir kranın “Məscid ül həram” məscidi üstünə aşması nəticəsində yüzlərlə ziyarətçinin ölümü və yaralanması ilə nəticələnən hadisəyə toxunaraq Səudiyyə Ərəbistanını hökumətini də qınayıb: “Məkkə hadisəsi, “Al-i Səud” un səriştəsizliyi və səhlənkarlığı nəticəsdində baş verib. Həmin səriştəsizlik ucbatındandır ki, hər neçə ildən bir Məkkə və Mədinədə həcc ziyarəti zamanı ya yanğın baş verir, ya hansısa bir körpü dağılır, yaxud da izdiham nəticəsində insanlar əl-ayaq altında qalırlar”.

Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |