Şrift:
Traxtur 9 nəfərlə Səbanı məğlub etdi
21.09.2015 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası ölkə kubokunun səkkizdə bir final mərhələsində Qum şəhərinin “Səba” takımı ilə qarşılaşıb.
Yerli vaxtla saat 18:30-da Qum şəhərinin “Yadaqare imam” stadionunda start götürən müsabiqə bu dəqiqələrdə “Traxtur”un qələbəsi ilə sona çatıb.

Məlumata görə, oyunun 80-cı dəqiqəsində “Traxtur” tərəfindən Həmzə Yunis 1 qol vurub və bu qoldan sonra hesab oyunun sonuna qədər dəyişməyib. Bununla da “Traxtur-Səba” müsabiqəsi (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb. Azərbaycan komandası bu nəticədən sonra ölkə kubokunun dörddə bir final mərhələsinə yüksəlib.

Bu oyunda Mehrdad Təhmasebi və Məhəmməd İran Puyan hakim tərəfindən oyundan xaric edildiyinə görə “Traxtur” komandası 9 nəfərlə oyunu başa vurub.
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed