Şrift:
İranlı axund: Musiqi konsertləri düşmənin ölkəyə nüfuz yoludur
21.09.2015 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 18-də Məşhədin cümə namazıra rəhbərlik edən axund Əhməd Ələmülhüda namaz xütbəsində etdiyi çıxışında ölkədə musiqi konsertlərinin keçirilməsinə münasibət bildirib.
Axund Ələmülhüda deyib ki, düşmən gənclər arasında musiqiyə rəvac verməklə ölkəyə nüfuz etməyə çalışır: “Musiqi konsertlərinin keçirilməsi əxlaqsızlığa rəvac verməklə bərabər düşmənin nüfuzuna da yol açır. Bir sözlə musiqi konsertləri düşmənin ölkəyə nüfuz yoludur. Onlar sənət adı altında ölkə gəncləri arasında əxlasızlığa rəvac verməyə çalışırlar.

Əgər düşmən ölkədə əxlasızlığa və hicabsızlığa rəvac verə bilsə, o zaman cavanların da əqidəsini dəyişə biləcək. Bu isə onun düşüncə və fikir baxımından ölkəyə nüfuzu deməkdir. Çünki azadlıq adı ilə şəhvətə üz tutan bir gənc, artıq inqilab və sistemin yanında durmayacaq. Ona görə ki, belə bir gəncin artıq heç bir üsula bağlılığı və əqidəsi yoxdur.

Düşmən çalışır ki, vaxtilə müharibə dövründə (İran-İraq müharibəsi nəzərdə tutulur) hərbi əməliyyat keçirilən gecələrdə özünü düşmənin gülləsi qabağına verən gənclərin əqidə və inqilabçı əhval-ruhiyyəsini əlindən alsın. Bunu isə hicabsız bir qızın yaylığından çölə çıxmış pərişan saçı və qız-oğlanların konsertlərdə səhnəyə çıxıb atılıb düşməsi ilə edir”.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed