30.01.2012 [00:47] - Güney Azərbaycan xəbərləri
TÜRKİYƏ VƏ AZƏRBAYAN TÜRKLƏRİNİN İNTEQRASİYASINDA TÜRK-İSLAM BİRLİYİ YOXSA TÜRK-TÜRK BİRLİYİ?
Bugün Türk dünyasına öndrəlik edən AKP Türkiyəsi digər türksoylu ölkələrə türklərin bir-birinə inteqrasiyasında “Türk-İslam birliyi” devizini gücləndirməkdədir. Türk- İslam şüarı türklərin gerçək birliyində nə qədər uyğundur? ilk öncə Türk-İslam birliyi ideyasının gerçəkliyə nə qədər uyuşmasını analiz edək: Bundan öncə mövzuya giriş üçün türklərin birliyini təmin edəcək Turançılığın tarixini və onun nəticəsinin mövcud durumuna qısa baxışdan keçirək:
Türklərin yaşadığı tarixi torpaqlarda Turan adlı türk birliyinin yaradılması ideyasının tarixi uzun zamanlara dayansa da son əsrdən bir qədər əvvəl müxtəlif coğrafiyalarında yaşayan türk aydınlarının(Ə.Hüseynzadə,Yusif Akçura,Qaspiralı və d.) ideyalarında güclənməyə başladı. Ümumdünya türk tarixi XX əsrə türklərin uğradığı məlum faciələr və bunların fonunda qazanılan uğurlarla (Müstəqil türk dövlətlərinin yaranması) yekun vurdu. XIX əsrdə türk dövlətlərinin gücünə və nüfuzuna görə Türkiyənin çəkisi digər türksoylu ölkələrə nisbətən daha güclüdür və buna görə də Türk dünyasına haqlı olaraq öndərlik etmə məsuliyyətini üzərinə götürmüşdür. XX əsrdən bu günə qədər Türkiyənin ictimai-siyasi həyatında çoxçeşidli hadisələr cəryan edib və indi də etməkdədir. 2003-cü ildən Türkiyədə hakimiyyətə gəlmiş “Ədalət və Kalkınma” Partiyası Türkiyənin xarici siyasətində böyük dəyişiklər edərək Atatürk Türkiyəsini Səid Nursi-Fətullah Gülən Türkiyəsinə dəyişdirməyə çalışmaqla Türkiyənin türksoylu ölkələrlə inteqrasiyasında “Türk-İslam” şüuarnı gücləndirməkdədir.
Bugün isə, əsrlərdir Böyük Turan hədəfini qarşısına qoymuş türklərin bu arzularının gerçəkləşməsinin bugünki regional ve geopolitik açıdan analiz edərkən ağırlıq nüvəsinin üç əsas türk coğrafiyasında həll olunduğunu görməkdəyik: Qüzey Azərbaycan, Güney Azərbaycan və Anadolu. Bu üzdən də bu üç coğrafi bölgəyə Dünya türklərinin “Döyünən Ürəyi” deməkdə yanılmarıq məncə. Bəli, bu gün Türk dünyasının və Turanın olum ya ölüm anı Bakı-Təbriz-Ankara xəttində həll olunur. Bakıda məlum rus-qərb-fars təzyiqi, Təbrizdə fars, Anadoluda isə Qərb təzyiqi hamımıza aydındır. Türk dünyasının xilas yolu parça-parça edilmiş bu ürəyin hansı tezlikdə bir-birinə birləşməyindədir.
Millətimizin böyük öndərlərinin əsrlərlə savaşdığı və xəyallarında yaşatdığı Türk dünyasının ürəyi olan bu coğrafi ərazilərdə bugünki duruma bir qədər dərindən nəzər yetirək: Bu gün azca dünyagörüşə sahib olan insanımız gözəl anlayır ki, böyük dünya gücləri olan Qərb, Rusiya və Çinin türklərə münasibəti hansı tarixi proseslərdən dolayı hansı münasibətlərdədirlər. Bu hazırkı böyük güclərin əlaltıları edilən nisbətən xırda düşmənlərimiz olan ermənilər, farslar və yenicə(tarix baxımından) bunların sıralarına qoşulmuş kürdlər regionda anti-türk mövqeyi ilə mübarizə aparmaları hamımıza gün kimi aydındır. Qərb dünyası və Rusiyanın dəstəyi ilə artıq Qüzey Azərbaycan və Türkiyə arasına salınmış “qondarma ermənistan” faktiki olaraq iki türk torpağını bir-birindən ayırmışdır. Bu günlərdə (tarixi açıdan) isə təməlinin inşasına başlanılmış BOP-un (Böyük Orta Doğu) projesinin əsas tərkib hissəsi olan “böyük kürdüstan” layihəsinin inşasına başlanılmışdır. Anadolu türkləri ilə Güney Azərbaycan türkləri arasında ərazi bağını qopartmağa hesablanmış və regiona kürdlər vasitəsi ilə türklərə və digər millətlərə təsiretmə aləti kimi hesablanmış “böyük kürdüstan” layihəsi region və dünya türkləri üçün böyük faciələrin başlanğıcı deməkdir.
Belə bir durumda parçalanmış və təzyiqlər altında olan Türk dünyasının ürəyini (Bakı-Ankara-Təbriz) necə xilas etmək olar?! Yəqin hərkəs mənimlə razılaşar ki, bu üç coğrafi bölgənin sürətlə birləşməsi və aralarında qırılmaz bağların yaradılması ilə... Bəs buna bu günki durumda necə nail olmaq olar?! Suala cavabı əsasən iki istiqamətdə qruplaşdırmaq istəyirəm.
1)Dünyada gedən elmi-texniki tərəqqinin ve geopolitik oyunların yaratdığı çağdaş durum.
2) Regional müstəvidə gedən proseslər və bunlardan dolayı türklərin “ Döyünən Ürəyində” yaşayan türklərin mövcud durumu.
Bugün elmi-texniki tərəqqi dünyanı kiçiltməkdə davam edir. Elə bu kiçilən “dünya okeanında” üzən gəmidə yaşamaq üçün yerlər məhdudlaşmağa doğru getməkdədir. Yəni sürətlə artan dünya əhalisi sosioloq alimlərin də təsdiq etdiyi kimi yaşamaq uğrunda millətlərarası savaşın güclənməsini qaçılmaz edir. Təbii ki, belə durumda zəiflərin okean yırtıcılarının yemi olması Gəmidə başları əyləncəyə və digər şeylərə qarışmamış, Gəminin gəliş-gedişindən anlayışı olan və gözüaçıq olanlara gün kimi aydındır.
Belə bir durumda əvvəl də qeyd etdiyimiz kimi Anadolu türklərinin Türk Dünyasına öndərlik etmə gücü daha çoxdur. Lakin Atatürk Türkiyəsini S.Nursi-F.Gülən Türkiyəsinə çevirməyə çalışan Türkiyənin mövcud hakimiyyətinin Türk Dünyasında inteqrasiyasına Türkçülüklə bərabər (görüntüdə) İslam dinini də gətirməsi və Türk-İslam şüarını məşhurlaşdırmaqla əslində Güney-Qüzey və Anadolu üçbucağında türklərin fikir və əməli birliyində böyük maneyələrin başlanğıcını hazırlayırlar:
1) Əvvala, Türkiyədə ilımlı İslam adı ilə dini cəryanı-nurçuluğu ABŞ-ın hakimiyətə gətirdiyini artıq regional və dünya geopolotoltikasından bir qədər anlayışı olanlar çox gözəl anlayırlar. AKP Türkiyəsinin son dönəmlərdə ABŞ marağından dolayı Türkiyə-Suriya gərginliyi, kürt və erməni açılımları, anayasanın dəyişdirilməsindəki fəaliyyətləri, generalların həbsi və s. bu kimi çox çeşidli faktlar da bunu bir daha təsdiq edir.
2) Tutaq ki, Türk-İslam şüarını irəli sürən AKP Türkiyəsi həqiqətəndə səmimidir və həqiqətən də Türk-İslam birliyinə çalışırlar və bizi də buna inanırıq. İndi isə, bu fikirə bir qədər daha geniş bucaq altından baxaq:
a)İslam dininin paklığından və siyasətin iyrəncliyindən dəm vuranlar necə olurki pak İslamı siyasi şüara çevirirlər?
b) Yaxud İslam dininin yekcins olmadığı halda (yəni fərqli cəryanlara bölündüyü halda) və İslam dininin gücləndirliməsi (üstəlik siyasətə gətirməklə gücləndirliməsi) İslam dininin fərqli cəryanlarına tapınan türklər arasında təriqətləri tərkisilah edib parçalanmış İslamı necə birləşdirmək olar? yaxud bunun üçün dini-ideoloji alt yapı hansıdır? Olduğu halda bunu həyata keçirəcək sosial baza yaxud sistemli struktur varmı?
c) Qüzeyli-Güneyli Azərabaycanda türklərin böyük əksətiyyətinin şiə və bunun əksinə Anadoluda yaşayan türklərin sünni olduğuna görə tarixi gedişatda tarixi faciələrimizdən olan sünni-şiə müharibələrinin millətimizin təhtəlşüurunda buraxdığı psixoloji zərbələrdən dolayı (Osmanlı-Səfəvi) Türklər arasında vahid İslamı (təriqətlərsiz) necə bərpa etmək olar?
d) Təriqət fərqinə görə Türkiyənin içərisində hətta ülkücü hərəkatlarda belə zamanla yaşanmış və yaşanmaqda olan ixtilaflar (sünni-ələvi) olunca belə Azərbaycan türkləri ilə hansı Türk-İslam birliyindən danışmaq olar?
e) Üstəlik Türkiyənin içərisində AKP bu dini cəryan fərqindən seçki propaqandası üçün dəfələrlə istifadə etdiyi halda (yerli sünnilərə şiə yaxud ələvi inanclı namizədlərin onlardan inanc fərqlərini qabartmaqla) necə inanmaq olar AKPnin Türk-İslam şüarına?
f)Yaxud param-parça edilmiş türklərin Türk Biriliyinə aparan yolu gerçəkləşincə və İslam dininin bütün dünya türklərinin əksəriyyətinin dini olunca Türklüklə bərabər İslam dininin siyasi şüar olmasına nə ehtiyac? Türklər birləşincə zatən din yenə İslam olacaq. İslam bütövdür deyənlər tapıla bilər: yaxşı belədə parçalanan İslam deyildə türklər olduğu halda Türk birliyinə gedən yolda yenə İslama nə ehtiyac?Birləşmə yolunda İslamın təriqətlərlə parçalanmış durumda olduğunu deyənlərə; parçalanmış türklərin birliyi yolunda İslamı gücləndirməklə təriqətlərin də güclənməyəcəyinə və belədə birləşim yolunda güclü əngəlin yaranmayacağına necə zəmanət verə bilərlər?
Təbiətin ən sağlam qanunlarından olan “təsir əks təsirə bərabərdir” tezisi təbii ki, burda da özünü göstərəcəkdir: Bu gün Qüzeyli-Güneyli Azərbaycan türkləri arasında nurçu kəsimTürk-İslam şüarı gücləndirməklə əslində İslam dininin şiəçilik qanadının radikallaşmasına da böyük təsir etməkdədir. Üstəlik İran rejminin radikal şiə mollaları da bundan məharətlə istifadə edib Güney-Qüzey-Anadolu üçbucağında Türk birliyinə böyük zərbə vurmaq şansını qazanır və necəki bundan məharətlə istifadə etməkdədir.
İslam dininin təntənəsi təriqətlərin təntənəsini də qaçılmaz edəcək. Tarix bunun əyani sübutudur. Bu təkcə İslam dininin deyil bütün dinlərə xas amildir. Dinlərin ən güclü dönəmində bir tarixi an göstərinki din güclənincə həmin dinin içərisində olan təriqətlər güclənməsi və bununla da təriqətlərarası ixtilaf olmasın!
Türk-İslam şüarı ilə İslam dinini Türklərin inteqrasiyasına calaşdırmaq özündə təriqətlərarası ixtilafları yenidən cücərtməkdə və əslində Türk Birliyinin böyük probleminə çevrilməkdədir. Bu əsrlərdir öz qılıncımızı öz başımıza vurmaqla nəticələnmiş təriqət davasından XXI əsrdə də yaxa qurtara bilməyəcəyimizdən xəbər verir. Bunu təbii ki, bugün də dünya geopolotikasını düzənləyənlərin əsərlərində (İraq,Bəhreyn və d.: sünni-şiə davası) görmək elə də çətin deyil. İçimizdə qardaşlararası savaşı hazırlayan bir senarinin olduğunu və əslində Türk Dünyasının birliyənə qarşı olan Türk-İslam şüarını anlamaq və qarşısını almaq və bunun əvəzində Türk-Türk birliyi ideyasını gücləndirmək lazımdır.
Alparslan Türkeşin “Türklük bədənimiz İslam ruhumuzdur” ifadəsini “Türk-İslam birliyi şüarının disturu hesab edək ən yaxşı halda (yəni AKP şüarı kimi yox ülkücü-MHP şüarı kimi) bu fikirlə şəxsən tamamilə razıyam, çünki insan fərdi mənliyinə verilən fərdi adla bərabər üstkimlik kimi milli mənsubiyyəti də var, türklük bizim üstkimliyimizdir (bədənimizin bizdən əvvəlki nəsillərin varisi olduğunu təsdiqləyən kimlik) ruhumuz isə inanc sisteminə (irrasional-qeyri-şüuri;) möhtacdır. Tarixi taledən dolayı bu inanc sistemini İslam dini doldurmuşdur.
Amma indi bu fikiri təklif edirəm ki, daha dərindən analiz edək; Türklük dediyimiz kimi irsiyyətlə ötürülən, qan qardaşlığına əsaslanan bir ülküdür. Yəni “qardaş” sözünün leksik anlamında olduğu kimi, başqa millətin nümayəndəsi ilə ən yaxşı halda dost olmaq olar ama qardaş olmaq olmaz. Parçalanmış türkləri bədən kimi təsəvvür etsək parçalanmış bədəni birləşdirmədə türklük fikirində heç bir ziddiyət yoxdur. Parçalanmış bədənin hissələri birləşdirilməlidir (türklük). Bu bədənin (türklərin) parçalandığı kimi elə ruhuda dinlərlə və İslam dininin cəryanları ilə param -parçadır. Amma bədəndən fərqli olaraq parçalanmış ruhun birləşdirilməsinə cəhd çox ziddiyətlidir. Yəni bir kəsə mənim bu şəkildə inancım (ruhumun özəlliyi) sənin bu şəkildə inancından (sənin ruhunun özəlliyindən) daha gözəl və daha üstündür deyə bilməsi ən yaxşı halda absurdur və ən pis halda əks təsirə bərabər olmasıdır. Belə halda ruhun birləşdirilməsinə cəhd parçalanmış bədənin (türklərin)birləşdirilməsini ən yaxşı halda gecikdirilməsinə səbəb olması qaçılmazdır.
Yəni, Alparslan Türkeşin “Türklük bədənimiz İslam ruhumuzdur” düsturu çox gözəl olsa da parçalanmış türkləri və parçalanmış İslamı eyni anda birləşdirmə cəhdi (Türk-İslam Birliyi şüuarı) olduqca yanlış strategiyadır. Əksinə, Türk-Türk birliyi strategiyası ilə Türk-İslam Birliyini gerçəkləşdirmədə daha effektli və daha sürətli yoldur. Yəni, Parçalanmış Bədən (Türk-Türk birliyi fikirini) nə qədər daha sürətlə, güclü bağlarla birləşərsə və sağlamlaşarsa bu Bədən o qədər də daha tez öz ruhunun parçalarını (İslamın təriqətlərini) birləşdirəcəkdir.
Əslində, ”Türk-Türk Birliyi” fikiridə mahiyyətcə “Türk-İslam Birliyinə” xidmət edəcəkdir. Türk-Türk birliyi strategiyası (öncə parçalanmış Bədəni birləşdirmə yolu) türkləri birləşdirməklə parçalayıcı, siyasiləşmiş, düşmənlərimizin dəyirmanına su tökən, radikal, tərəqqini və inkişafı boğan, cəhalət və gerilik aşılayan mövcud İslamdan (çirklənmiş ruhdan) fərqli olaraq Türk millətinə xidmət edib, millətimizi daha da güclü edəcək, milli ülkümüzü heç vaxt boğmayacaq, inkişafa və yeniliyə qarşı olmayacaq, yenilikdə həmişə özünü tapacaq, pak və təmiz İslamın (təmiz Ruhun) yaradılmasını təmin edəcək və beləcə tam əmin olacayıq ki gələcək nəsillərimiz içərisində də M.Ə. Sabirimiz kimi aydınımız “harda müsəlman görürəm qorxuram” deyməcək, yaxud Mirzə Cəlillərimizin “Molla Nəsrəddinləri” ərsəyə gəlməyəcək, çünki buna ehtiyac da qalmayacaq!!, mərsiyələr “kəşvi”, mənasız mövhumatlar yaradıcılığı əvəzinə yüz əsirlərdir yetişdirməyi bacara bilməyən dünya səviyyəli yaradıcı elm adamlarını yetişdirməsi ilə millətimizi daha da gücləndirəcək.
Yuxarıda da dəfələrlə qeyd etdiyim kimi, Türklərin “Döyünən Ürəyin”də də yaşayan türkləri ilk öncə istər-istəməz qan qardaşlığı bağlayır nəyi dəyişə bilmək seçiminə(dini,dostu,maddi varlıqları və s.) sahib olsaq da bunu dəyişə bilmək mümkünsüzdür.Atalarımızın dilində danışdığımız qardaşlarımızla səhrədlər və siyasətlər nə qədər uçurum yaratsa da bu uçurumu dolduracaq ancaq Türk-Türk birliyi fikirinin güclənməsi və əmələ çevrilməsi olacaq.
Türk-Türk birliyi prosesində İslam dininin konkret yerinə gəlincə:
-İslam dinini siyasi şüuara çevirib çirkləndirilmənin və siyasi alətə çevrilmənin qarşısını almaq.
-“İslam Allahla insan arasında mənəvi bir bağlantıdır və bu hərkəsin şəxsi seçiminə buraxılır” fikirini gücləndirmək və türklərin birləşmə prosesindən İslam dinini uzaq tutmaq.
Bu gün elmi-texniki tərəqqinin yaratdığı mövcud durum da bunları gerçəkləşdirmədə böyük imkanlar yaratmaqdadır:
- İnformasiya alış-verişini sürətləndirməkdədir,
- güclü fikirlərin qarşısını almağın çətinliyi artmaqdadır,
- bunlardan dolayı toplumsal hərəkatları qaçılmaz etməkdədir,
Ən son dönəmlərdə internet üzərindən sosial şəbəkələrin inqilablardakı və xalq hərəkatlarındakı rolu xatırlamaq elə kifayətdir ki, güclü və daha doğru fikir arxasınca toplumsal hərəkatların qarşısı alınmazdır.
Bu üzdən də, Türk Birliyinə qarşı nə qədər süni maniələr və siyasətlər işlənilsə belə düşünən bir neçə türk insanının birlikdə hərəkət edə bilməsi bütün anti-türk işləmləri sıfırlaşdıra bilər.
Türk-Türk birliyini əsas tutaraq Güney-Qüzey və Anadoludan olan seçkin aydınların birlikdə ola bilməsi bu toplumsal türk birliyi hərakatını biz türklərin xeyirinə sonuclandıra bilər. Güney-Qüzey-Anadolu türk toplumlarının aydınlarında Türk-Türk birliyi ideyası güclənincə bu fikir türk gəncliyinin də canına hopacaq və beləcə bu üçbuacaqda olan türk burjuaziyasının orta təbəqəsinin və sonradan yuxarı təbəqəsinin gücünü də özünə qatınca regionda olan siyasi güclər belə artıq bununla hesablaşmalı olacaqlar.
Bu gün “Əlimizdə Quran Hədəfimiz Turan” deyən AKP-li nurçuların şüarı olan “Türk-İslam birliyi” əslində türkləri “ərəb çöllərinə dağıtmaqdan” , ərəbləşib daha zəif duruma düşürməkdən fərqli olaraq Türk-Türk birliyi gerçəklikdə Türk Birliyinə daha güclü təkan verəcək, daha çox anti-türklərə qarşı daha güclü müdafiə qalası quracaq və türkləri özgələşməkdən xilas edib özünə qaytaracaq. ”Əlimizdə Quran Hədəfimiz Turan” deyən türk-islamçılar Quranın içindən Turana gedən bir yol tapa bilsəydilər zatən əsrlərdir Quran əllərindən düşməyən türklər bugün ki rəzil durumdan fərqli olaraq çoxdan Turanı qurmuş olardılar. Yoxsa ki, “Quranı mən daha yaxşı anlayıram” anlayışı ilə əsrlərdir bir-birimizi qırmazdıq, öz dilimizə xor baxıb ərəb dilini dövlətimizin dili etməzdik. (Osmanlı), öz milli kimliyimizi türklüyümüzü) itirib özümüzü türk kimi deyildə ancaq müsəlman yaxud sünni, şiyə kimi tanıyıb Quranımız bir olsada belə təriqət fərqimizə görə öz qardaşlarımızı öldürməzdik. O üzdəndə əslində hər bir türk anlamalıdırki, bugünki gerçəkliklərdə Türk-İslam birliyi şüarı çox təhlükləidir.Üstəlik ABŞ kəşviyyat orqanlarının uzantılarından başqa birşey olmayan Fətullahçı kəsimin dilindən səslənən Türk-İslam şüarı!
Hələ nurçulardan öncə də milliyətçi Alp Arslan Türkeş tərəfindən Türkçülüyə İslamında daşınması (bədəni və ruhu eyni anda birləşdirmə cəhdi) və ülkücülərin siyasi şüarında Türk-İslam birliyinin gücləndirməsinin nəticəsi nə oldu? Bu günlərdə də ülkücü hərəkatının siyasi partiyası şəklini almış Milliyətçi Hərəkat Partiyası(MHP) Türkiyənin ABŞ-ın yarımmüstəmləkəsindən tam müstəmləkəsinə çevrilməkdə nə edirlər? İslamçılıq edirlərsə AKP onlardan daha yaxşı İslamçılıqla Türkiyə insanını ələ alır. Yaxud Türkçülük edirlərsə Türkdilli dövlətlərin inteqrasiyasında hansı rola malikdirlər? Türkiyədə Hüseyn Nihal Atsızın başlatdığı ülkücülük hərəkatına İslam dinini gətirməklə bugünki ülkücülərin AKP qarşısında zəif durumda olmasının səbəbi də elə budur: Ülkücülərin səslənirdikləri “Türk-İslam Birliyi” şüarının nurçuların xeyrinə gəlməkdən başqa bir işə yaramadı.Bugün isə, vaxtilə Alparslan Türkeşin ağız dolusu təriflədiyi Fətullah Gülən hərəkatını təriflədiyi halda, indi iç üzünü ictimayətə çatdırmağa çalışan ülkücülərin və MHP-nin hərəkətlərini ancaq “arxadan atılan daş topuğa dəyər” atalar sözü ilə ifadə etmək qalır.
Beləliklə istər MHP, istərsə də AKP-nin Türk dünyasının birləşmə açarı olan Güney-Qüzey və Anadolu türkləri arasında birliyini sürətləndirmədə yeritdiyi “Türk-İslam Birliyi” prinsipi artıq təkcə iflasa uğramayıb, həmdə mənfi nəticələri ilə də göz qabağındadır.Atatürk Türkiyəsini sonu bilinməyən qaranlıq Türkiyəyə yuvarlanmada əsasını qoymuş bu şüarın Türk millətinə vurduğu və vuracağı zərbəni anlamaq indi gec olsa da ziyanın yarısından qayıtmaq da xeyidir! Millətimizin başını almış qara buludları dağıdacaq və bütün anti-türk işləmləri sıfırlaşdıra biləcək yeganə və alternativsiz yol - Türk-Türk Bilriyi strategiyasından keçir.
Əşrəf Elatlı

Bu xəbər oxucular tərəfindən 1563 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |