Şrift:
İsmail Bərzgəri Evin zindanında aclıq aksiyasına başlayıb
22.09.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Evin zindanın 7-ci bölümündə məhbus həyatı yaşayan İsmail Bərzgəri hökmünün icra edilmədiyi və azadlığa buraxılmadığına etiraz olaraq aclıq aksiyasına başlayıb.
O apelyasiya məhkəməsinin hökmünün icra edilmədiyinə etiraz olaraq sentyabrın 19-da (şəhrivərin 28-də) etiraz aksiyasına başlayıb. Bu barədə “Herana” xəbər agentliyi məlumat yayıb.

Evin zindanının 7-ci bölümündə həbs edilən azərbaycanlı məhbus apelyasiya məhkəməsində casusluq ittihamından bəraət qazanıb və həbs cəzası 7 ildən 2.5 ilə qədər azaldılıb. Apelyasiya məhkəməsinin hökmü və məhbusun 4 ildən çox bir müddətdə həbsdə olmasını nəzərə aldıqda İ.Bərzgəri artıq azad edilməli idi, lakin məhbusun cəsasını yüngülləşdirəm hökm uzun müddətdir icra olunmur.

Azərbaycanlı musiqiçi və diş həkimi İ.Bərzgəri 2011-ci ildə (1390-cı ilin ordibeheşt ayı) Təbrizdə yaxalanıb və Evin zindanının 209-cu bölümünə aparılıb. O 209-cu bölümün təknəfərlik məhbəslərində 7 ay saxlanıldıqdan sonra 350-ci bölümə intiqal edilib.

İ.Bərgəri casusluqda ittiham edilərək məhkəmə tərəfindən 7 il həbs cəzasına məhkum edilib. Apelyasiya məhkəməsi isə azərbaycanlı məhbusun həbs cəzasını 7 ildən 2.5 ilə qədər azaldıb.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed