22.09.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 21-də İran parlamentinin 12 deputatı “Qərbin ölkə mediasına nüfuz edən casusluq şəbəkəsi” barədə ETTELAAT və irşad nazirlərinə yazılı şəkildə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir ki, Qərbin casusluq qurumlarına bağlı yüzlərlə şəxsdən ibarət bir banda şəbəkəsinin üzvləri ölkənin mühüm və həssas media orqanlarına nüfuz edərək müəyyən siyasi məqsədlərə görə təxribatla məşğuldir. Xəbərdarlıqda həmçinin bildirilir ki, ETTELAAT və İrşad Nazirlikləri “düşmənin media orqanlarına nüfuz etmiş” həmin adamlarına qarşı ciddi tədbir görməli, onları tapıb ifşa edərək məsuliyyətə cəlb etməlidir.
Yazılı xəbərdarlığı imzalayan deputatlar bunlardır: Cavad Kərimi Qoddusi, Bijən Nobavə, Əhməd Salek, Hüseyn Zolənvar, Bəhram Biranvənd, Hüseynəli Hacı Delikani, Nəsrullah Pejmanfər, Rza Aştiyani Əraqi, Mahmud Nəbəviyan, Murtuza Ağa Tehrani, Mehdi Kuçəkzadə və Murtuza Hüseyni.

Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |