22.09.2015 [12:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu gölünün canlandırılması üçün hansı su mənbələrində istifadə olunacağı ilə bağlı zidiyyətli xəbərlər yayılır. Bu xəbərlər, uzun illərdir Urmu gölünün nicatı ilə əlaqədar Azərbaycan xalqına verilən içi boş vədləri xatırladır.
Son günlərdə Urmu gölünə Gürcüstan vəya Türkiyənin Van gölündən su intiqal ediləcəyinə dair biri-biri ilə daban-dabana zidd olan açıqlamalar verilir.
Xoy və Çayparanın İran parlamentindəki millət vəkili Müəyyid Hüseyni Sədr ölkədə baş verən böhranlı hadisələr və bu hadisələrin kontrola alınması üçün lazımi imkanların olmadığını diqqətə çatdırarkən Urmu gölü böhranına da işarə edib.
Parlamentin Ətraf-Mühit Fraksiyonunun sözçüsü jurnalistlərə bildirib ki, “artıq Urmu gölünün vəziyyəti təmami ilə təhlükəli mərhələyə çatıb.”
O gölün canlandırılması layihəsi ilə bağlı isə bunları bildirib:
“Urmu gölünün suyu Gürcüstandan təmin olunacaq. Bu mövzu parlament heyətinin Gürcüstana səfəri zamanı gündəmə gətirilib və bu ölkənin parlament sədri belə bir təklif edib. Gürcüstanın Enerji naziri və baş nazir müavini də bu barədə bizə təkliflər edib. Gürcüstanın parlament sədri İrana səfər etdiyi zaman da eyni təklifi aldıq. Hazırda İranda bu mövzuya ciddi şəkildə baxılır.”
Millət vəkili vurğulayıb ki, “mənim fikrimə görə, Gürcüstandan Urmu gölünə su intiqal etmək əlverişli layihədir. İran hazırda su böhranı ilə üz-üzə olduğuna görə, belə bir layihə sərfedici sayılır.”

Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |