23.09.2015 [09:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir neçə gün öncə Quzey Azərbaycanda təhsil ocaqları açıldı və onminlərlə məktəbli şagird və öyrənci öz ana dilində təhsilə başladı. Yaxın günlərdə isə İran və Güney Azərbaycanda təhsil ocaqlarının açılışı olacaq. Lakin burada azərbaycanlı məktəblilər və öyrəncilər öz ana dillərində deyil, fars dilində təhsil almalıdır. Bu vəziyyət Güney Azərbaycanda uzun illərdir böyük etirazlarla qarşılanır.
Məlumata görə, Güney Azərbaycanın bir çox şəhərində Ana Dildə təhsil tələbi mövzusunda çoxsaylı Bildiri və vərəqələr paylanılıb. Bəzi şəhərlərdə isə “1 Mehr” ərəfəsində SMS vasitəsi ilə bir çox şüarlar yayılıb və türk dilində təhsil tələb olunub.
Son günlərdə Güney Azərbaycanın dörd bir tərəfində divarlar üzərində şüarlara daha tez-tez rast gəlinir. Təbriz, Ərdəbil, Xoy, Qərəzyaləddin və s. kimi şəhərlərdə “Türk dilində mədrəsə”, “Haray Haray mən türkəm” və bu zəmində digər şüarlar divarlar üzərində görünür. Azərbaycan Milli Hərəkat fəalları tərəfindən yazılan şüarların yaxın günlərdə daha da artacağı gözlənilir.
Qeyd edək ki, İranda türk dilində təhsilə qoyulan qadağa o halda baş verir ki, bu ildən kürd məktəblilərinə ana dilləri tədris olunacaq. Azərbaycanda isə oxşar hüququ tələb edən fəallar məhkəmə tərəfindən çıxarılmılmış ağır hökmlərlə cəzalandırılır.

Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |