Şrift:
İlk dəfə olaraq BAEA əməkdaşları Parçin təsisatına baş çəkib
23.09.2015 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq Atom Enerjisi Agentliyinin əməkdaşları o cümlədən Agentliyin baş direktoru Yukiya Amano Tehranın cənub-şərqindəki Parçin təsisatına baş çəkiblər.
Parçin təsisatından nümunələr götürülüb.

İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kemalvandi Beynəlxalq Atom Enerjisi Agentliyi əməkdaşlarının nümunələri götürməyi iranlı mütəxəssislərə həvalə etdiyini açıqlayıb.

Artıq Y. Amano bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Şurasını məlumatlandırıb. “Səfər zamanı mən İran prezidenti Həsən Ruhani, digər məsul şəxslər, eləcə də parlament nümayəndələri ilə görüşlər keçirdim”, - deyə Amano söyləyib. O bildirib ki, artıq İranla “altılıq” ölkələri arasında nüvə məsələsində əməkdaşlığa dair “yol xəritəsi”nin həyata keçirilməsində müəyyən irəliləyiş var.

Bildirək ki, bu ilk dəfədir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin əməkdaşları İranın Parçin təsisatına baş çəkir.
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed