Şrift:
Xoy şəhərində təhsil ocaqlarının açılışı günü 4 fəal tutulub
24.09.2015 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejiminin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri davam edir.
Son məlumata görə, Güney Azərbaycanın Xoy şəhərində 4 milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Rəsul İrəci, Sina İrəci, Hamid Eyvəzli və Hüseyn Hacı Hüseynli sentyabrın 22-i (şəhrivərin 31-i) yerli vaxtla saat 17 radələrində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb.

Hələlik fəalların hansı səbəbdən yaxalandığı və harada saxlanıldıqları ilə bağlı heç bir məlumat yoxdur.

Keçmiş təcrübələrə görə, fəalların “1 Mehr” təhsil ocaqlarının açılışı günü ilə əlaqəli olduğu ehtimal olunur.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed