Şrift:
Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi böyük nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana səfər edəcək
04.10.2011 [12:17] - Xəbərlər
Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin gələn həftə Azərbaycana səfəri planlaşdırılı
Nümayəndə heyəti Bakıya oktyabrın 12-də gələcək. Səfər çərçivəsində nazir İ. Yılmaz Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Türk Şəhidliyini ziyarət edəcək. İ. Yılmazın Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, həmçinin digər hərbi qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi imkanları, həmçinin Azərbaycan tərəfinin Türkiyənin müdafiə sənayesində həyata keçirilən bir sıra böyük layihələrdə iştirakı məsələləri müzakirə olunacaq.

Səfərdə nazir İ. Yılmazı Türkiyə Milli Müdafiə Nazirliyinin müxtəlif strukturlarının rəhbərləri, həmçinin müdafiə sənayesi katibi Murad Bayar, müxtəlif hərbi şirkətlərin rəhbərləri müşayiət edəcək.
Bu xəbər oxucular tərəfindən 1151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed