Şrift:
Ərdəbilli fəal yenidən tutulub
24.09.2015 [12:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Ərdəbilin “Şəhrdari” futbol komandasının azarkeşi Tohid Əmir Əmini yenidən tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ərdəbil şöbəsinin əməkdaşları Tohid Əmir Əminini sentyabrın 22-də şəhər stadionunda Ərdəbilin “Şərdari” komandası ilə Məscid Süleymanın “Neft” takımı arasında keçirilən yarış zamanı tutaraq naməlum istiqamətə aparıblar. Azərbaycanlı fəalın hazırda harada saxlandığı və onun konkret nədə günahlandırıldığı bilinmir.

Yayılan məlumatlara görə, iki rəqib komanda arasında görüş keçirildiyi vaxtda, təhlükəsizlik qüvvələrinin vəziyyətə nəzarəti gücləndirdiyinə görə Stadionda qorxu dolu həyəcanlı anlar yaşanıb və hökumət qüvvələri bir sıra azarkeşləri təhdid edərək onların stadiona girişinin qarşısını alıblar.

Stadionda təhlükəsizlik baxımdan təzyiqlərin artması isə əvvəlki yarışlarda ərdəbilli azarkeşlərin əllərində yazılı plakatlar gəzdirərək həbsdə saxlanan tanınmış fəal Abbas Lisani və digər milli fəalların azadlığa buraxılmasını tələb etməsi ilə əlaqələndirilir.

Xatırladaq ki, Tohid Əmir Əmini bundan əvvəl Ərdəbilin “Şəhrdari” və Şirazın “Fəcr Sepasi” komandaları arasında keçirilən yarışda fəallar Murtuza Pərvin, Saleh Piçqanlu və Mustafa Pərvinlə birlikdə tutulsa da, az müddət saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti olaraq azadlkığa buraxılmışdı.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed